Avropa İttifaqının Tvininq layihəsi ictimaiyyətə təqdim olunub

Oktyabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək 2018-2020” Tvinninq layihəsinin Gəncə Dövlət Universitetində (GDU) təqdimatı keçirilib.

Bildirilib ki, tədbirin məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropaİ ttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır.

Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə, TəhsilNazirliyi, RTM-in tərəf müqabili YaşarÖmərov, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, layihəyə cəlb olunmuş ekspertlər iştirak edib.

Tədbiri Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə açaraq bildirib ki,  Azərbaycan dünya təhsilində müşahidə olunan trendləri və çağırışları nəzərə alaraq təhsilin insane kapitalının inkişafı sahəsindəki rolunu düzgün dəyərləndirməyə və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan, Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiq olunmuş “ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yüksək səriştəli təhsil verənlərə və müasir texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada  öncül mövqe tutan təhsil sistemi formalaşdırılması məqsədini daşıyır. Milli təhsilimizin prioritetlərini və təhsil sahəsində əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirən bu konseptual sənəd hər bir şəxs üçün bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılmasını nəzərdə tutur.

Prorektor qeyd edib ki, son dövrdə Gəncə şəhərində yerləşən üç universitet GDU, Azərbaycan Texnologiya Universitetivə Azərbaycan Dövlət Aqrar Universiteti yüksək ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabət əsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində ciddi uğurlar əldə edib.

Təhsil Nazirliyi, RTM-in Tərəf Müqabili Yaşar Ömərov qeyd edib ki, layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Bu müddət ərzində artıq layihənin 1-ci komponenti üzrə bir neçə tədbir həyata keçirilib və üç tərəfdaş ölkənin ekspertlərindən ibarət missiyalar təşkil olunub. Ekspertlərin Bakıya səfərləri çərçivəsində Təhsil Nazirliyi və ali təhsil müəssisələrində geniş müzakirələr aparılıb və müvafiq mövzular üzrə seminarla rtəşkil olunub.

Proqram çərçivəsində reallaşdırılan və icrasına cari ilin aprel ayında başlanılan bu layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilir.Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali TəhsilMəkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin davamı olaraq aparılır.

İki il ərzində icra ediləcək layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbə yönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarətdir.

Daha sonra çıxış edən  FransanınTəhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin nəzdindəki Fransada Ali TəhsilinvəTədqiqatın Keyfiyyətinin Yüksəldilməsi üzrə Şəbəkənin (RELİER) İdarə etmə Komitəsinin üzvü olan Didier Ronze, Litva prezidentinin təhsil məsələləri üzrə məsləhətçisi SauleMaciukaite-Zviniene, Litvanın Akademik Məlumat Mərkəzinin Akkreditasiya Şöbəsinin müdir müavini Jolanta Silka buəməkdaşlıqdan məmnun olduqlarını bildirib, layihənin ali təhsilə verəcəyi töhfələrdən danışıblar.

Sonda layihə ilə bağlı fikirlər müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + two =