TƏLƏBƏLƏRİN NÖVBƏTİ EKSKURSİYASI


İxtisasından asılı olmayaraq hər bir tələbənin öz xalqının tarixini bilməsi vacib məsələdir. Bu, hər şeydən əvvəl onun vətəndaşlıq borcudur. Tarixi bilmək Vətənini tanımaq, onu sevmək, onunla qürurlanmaq deməkdir. Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının qarşısına qoyduğu ümdə vəzifələrin ən başlıcası da budur. Elə bu məqsədlə də təşkilatın təşkilatçılığı ilə bir qrup tələbə növbəti ekskursiyasını Tarix Diyarşünaslıq muzeyinə yönəltmişdir.
Tələbələr muzeydə illərlə toplanılmış və tariximizi əyaniləşdirən qiymətli eksponatlarla tanış olmuş, bu xalqın tarixinin qədimliyi barədə məlumatlarla öz biliklərini zənginləşdirmişlər.
Ekskursiya hər bir tələbədə gözəl təəssürat yaratmışdır.