Tələbələrdən yeni təşəbbüs: Hamımız magistr olaq

Gəncə Dövlət Universitetində magistraturaya qəbul olmaq istəyən gənclər üçün “Hamımız magistr olaq” layihəsinin icrasına başlanılıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Magistratura şöbəsinin təşəbbüsü, Biologiya – kimya fakültəsinin dəstəyi ilə icra olunan layihənin məqsədi universitetin 4-cü kursunda təhsil alan tələbələr üçün ödənişsiz magistr hazırlığı həyata keçirməkdir.

Qeyd edilib ki, 70-nəfərədək gəncin qoşulduğu ödənişsiz hazırlıq kursunda tələbələrə məntiq, informatika və xarici dil fənləri tədris olunur.

Dərslərin maraqlı və yaddaqlan keçməsində universitetin magistr tələbələri İlahə Rəhimova və Türkan Mirzəyeva köməklik edirlər .