ELMİ KONFRANS YEKUNLAŞDI


26 dekabr 2014-cü il tarixdə başlayan Gəncə  Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tələbə və magistrantların elmi konfransı artıq yekunlaşmışdır.
30-dan çox tələbə və magistrantın qatıldığı bu Elmi konfrans bütün iştirakçıların diqqətini cəlb etdi. Seçilən mövzular, qoyulan elmi problemlər, geniş elmi mənbələr, tədqiqatçılığa güclü meyl konfransın üstün şəhəti kimi qiymətləndirildi. Sonda yerlər bölüşdürüldü. Genetika ixtisası üzrə magistr Piranə İsgəndərovanın,Səyyid Əli Əllaf Şayanın, İqtisadi nəzəriyyə ixtisası üzrə magistr İlqar Quliyevin elmi axtarışları  birinci yerə, Sədaqət Təhməzova, Ləman Məmmədova, İbrahim Yusifov,Yusif Məmmədov, Mobil Qarayev II yerə, Afaq Qaraşova, Firuzə Nağızadə, Aysel Allahverdiyeva, Könül Bayramova, Cavanşir Ələkbərov isə III yerə layiq görülmüşdülər. Konfransda yer tutan tələbələrə diplomlar və pul mükafatı verilmişdir.