YAP Gəncə şəhər təşkilatı GDU-da partiya fəalları ilə görüş keçirib

YAP Gəncə şəhər təşkilatının ərazi ilk partiya təşkilatlarında Gənclər Birliyi, Qadınlar Şurası İdarə Heyətlərinin yeni tərkibinin, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilməsi məqsədi ilə keçirdiyi görüşlər uğurla davam edir.

YAP Gəncə Dövlət Universiteti ərazi ilk partiya təşkilatında keçirilən tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gəncə Dövlət Univetsitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə, universitetin  müəllim və tələbə heyəti iştirak edib.

Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə YAP-ın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ziyalılar tərəfindən qurulduğunu, məqsədinin xalqımıza, dövlətimizə xidmət etmək olduğunu qeyd edib. Bildirib ki, tələbələrin könüllü olaraq üzvlük üçün universitetin ərazi ilk partiya təşkilatına müraciət etməsi partiyanın Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirməsindən xəbər verir.

YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Prezident İlham Əliyev tərəfindən Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşına Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Fəxri adların verilməsi, bir qrup əməkdaşın isə “Tərəqqi” medalı ilə təltif edilməsi münasibəti ilə ali təhsil müəssisəsinin professor-müəllim heyətini təbrik edib. N.Həmzəyev ölkəmizin Qərb bölgəsində fəaliyyət göstərən ən böyük ali təhsil müəssisəsinə Prezident İlham Əliyev tərəfindən verilən yüksək dəyərin Gəncə sakinləri tərəfindən minnətdarlıqla qarşılandığını bildirib.

Naqif Həmzəyev ötən illər ərzində təşkilatın gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb, xüsusən gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını söyləyib, onlara uğurlar arzulayıb.

Univetsiteyinin Elm və İnnovasiyalar üzrə prorektoru, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə ölkəmizin ictimai, siyasi, elmi, təhsil və mədəni həyatında fəal rol oynayan, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirən Azərbaycan qadınlarına dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışıb. Bildirib ki, bu gün cəmiyyətimizdə hörmət sahibi olan qadınlara Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri ilə tarix yazan Birinci vitse-prezident Mehriban Əliyeva örnək və nümunədir.

Tələbələrdən Sabir Əbdürrəhmanov, Leyla Məmmədova, Hicran Əliyeva, Turanə Səfərova və başqaları çıxış edərək gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd ediblər. Qürurla gənclərin Ölkə Başçısı, Partiyanın sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə layiqli vətəndaş kimi formalaşdıqlarını bildiriblər.

Tədbirdə ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri, İdarə Heyətinin yeni tərkibi, Gənclər Birliyinin sədri, İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib.

Sonda partiya sıralarına yeni daxil olan tələbələrə təntənəli şəkildə üzvlük vəsiqələri təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 13 =