Universitetin daha bir baza məktəbində nümunəvi açıq dərs maraqla dinlənilib

Gəncə Dövlət Universiteti ilə bu ali təhsil müəssisəsinin baza məktəbləri  arasında əməkdaşlıq əlaqələri uğurla davam edir.

M.Mehdizadə adına 4 saylı tam orta məktəbdə Azərbaycan dili kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qəmbərovanın “Müasir dövrdə Azərbaycan dili dərslərində lüğətlərdən istifadə bacarıqlarının formalaşdırılması” mövzusunda nümunəvi açıq dərsi keçirilib.

Dərsdə məktəbin direktoru Əliağa Səfərəliyev, Azərbaycan dili – ədəbiyyat müəllimi  Aytən Mursaquliyeva, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, kafedranın professor-müəllim heyəti, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Müəllim əvvəlcə müasir dövrdə Azərbaycan dili dərslərində lüğətlərdən istifadə bacarıqlarını ətraflı izah edib. Sonra türk dillərinin leksikoqrafiyası tarixi Mahmud Kaşğarlı və onun “Divani lüğət-it türk”əsəri haqqında ətraflı məlumat verib. Daha sonra bir çox lüğət növləri və onlarıdan istifadə qaydaları (etimologiya, frazeologiya, dialektologiya və s.) əyani olaraq şagirdlərə izah edilib.

Mövzuya uyğun olaraq informasiya və kommunikasiya texnologiyalarından, təlimin texniki vasitələrindən geniş istifadə olunub. Dərs fəal (interaktiv) təlimin bir çox metod və üsullarından istifadə olunaraq keçirilib, yeri gəldikcə müəllim auditoriyaya müraciət edərək şagirdlərlə əks əlaqə yaradıb. Şagirdlər verilən sualları fəal şəkildə cavablandıraraq tədris olunan mövzuya böyük maraq göstəriblər. İstifadə olunan əyani vəsaitlər, yeni və zəngin ədəbiyyatlar da diqqəti çəkib.

Məktəbin direktoru Əliağa Safərəliyev çıxış edərək Gəncə Dövlət Universitetin məzunu olmağı ilə qürur duyduğunu, 4 saylı tam orta məktəb arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə qurulmasına görə universitetin rektoru professor Yusif Yusibova öz minnətdarlığını bildirib. Sevinc Qəmbərovanın təqdim etdiyi dərsin müasir tələblərə uyğun şəkildə aparılmasından və şagirdlərin gələcək inkişafında müsbət təsir göstərəcəyindən bəhs edib.

Azərbaycan dili kafedrasının müdiri, professor Telman Quliyev, Təcrübə və karyera şöbəsinin müdiru dosent Cabbar Qarayev öz çıxışlarında Sevinc Qənbərovanın dərsinin yüksək səviyyədə təşkil olunmasını qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 8 =