Müasir biologiya və kimyanın aktual problemləri

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

Müasir biologiya və kimyanın aktual problemləri

Elmi-praktik konfrans

 

          5-6 may 2015-ci ildə Gəncə Dövlət Universiteti Müasir biologiya və kimyanın aktual problemləri mövzusunda elmi-praktik konfrans keçirəcəkdir.

Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:

  • Müasir biologiyanın aktual problemləri.
  • Üzvi kimyanın aktual problemləri.
  • Neft kimyasının nəzəri və praktik məsələləri.
  • Qeyri-üzvi kimyanın müasir problemləri.
  • Aqrokimya və torpaqşünaslığın müasir problemləri.
  • Biofizika və biokimyanın problemləri.

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada 10 mart 2015-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail: parvinkerimzade@mail.ru, elm@gdu.edu.az

 

 

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son                               10 mart 2015-ci il

Qəbul edilən məqalələr haqqında məluma                     31 mart 2015-ci ilə

tın verilməsi                                                                   qədər

Çap olunmuş məqalələr məcmuəsinin

paylanması                                                                          5 may 2015-ci il

Konfransın təntənəli açılış mərasimi                           5 may 2015 -ci il

Bölmə iclasları                                                            5-6 may 2015-ci il

Konfransın bağlanış mərasimi                                     6 may 2015-ci il

 

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Məqalə qoşma məktub şəklində göndərilməlidir.
  3. Xülasə: ingilis dilində.
  4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 159, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri/Azərbaycan Respublikası.

E-mail: parvinkerimzade@mail.ru: elm@gdu.edu.az, tel: (+99422) 256 23 12 ,(+99422) 256 33 58

 

FORMA 2. Konfransda iştirak üçün bildiriş

Soyadı, adı,atasının adı
İş yeri
Vəzifəsi, elmi adı, dərəcəsi
Ünvanı
Telefon
E-mail ünvanı
Məqalənin adı
Məruzə üçün tələb olunan texniki vəsaitin işarə ilə qeyd olunması
Açar sözlər
   MƏQALƏ