QAFQAZ TARİXİNİN AKTUAL MƏSƏLƏLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

QAFQAZ TARİXİNİN AKTUAL MƏSƏLƏLƏRİ

Beynəlxalq konfrans

 

          15-16 oktyabr 2015-ci ildə Gəncə Dövlət Universiteti “Qafqaz tarixinin aktual məsələləri” mövzusunda Beynəlxalq konfrans keçirəcəkdir.

Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:

  • Qafqazın siyasi tarixi
  • Qafqazın arxeologiyası və etnoqrafiyası
  • Qafqazın mədəniyyət tarixi
  • Qafqaz müasir mərhələdə: sosial-iqtisadi və siyasi proseslər
  • Qafqazda milli münaqişələr
  • Qafqaz tarixində Gəncənin yeri

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada 15 may 2015-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail: parvinkerimzade@mail.ru, elm@gdu.edu.az

 

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son                           15 may 2015-ci il

Qəbul edilən məqalələr haqqında məluma           15 iyun   2015-ci ilə

tın verilməsi                                                                   qədər

Çap olunmuş məqalələr məcmuəsinin

paylanması                                                                    15 oktyabr 2015-ci il

Konfransın təntənəli açılış mərasimi                    15 oktyabr 2015-ci il

Bölmə iclasları                                                     15-16 oktyabr 2015-ci il

Konfransın bağlanış mərasimi                              16 oktyabr 2015-ci il
 

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Məqalə qoşma məktub şəklində göndərilməlidir.
  3. Xülasə: ingilis dilində.
  4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 159, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri/Azərbaycan Respublikası.

E-mail: parvinkerimzade@mail.ru, elm@gdu.edu.az

 

tel: (+99422) 256 23 12 ,(+99422) 256 33 58

 

FORMA 2. Konfransda iştirak üçün bildiriş

Soyadı, adı,atasının adı
İş yeri
Vəzifəsi, elmi adı, dərəcəsi
Ünvanı
Telefon
E-mail ünvanı
Məqalənin adı
Məruzə üçün tələb olunan texniki vəsaitin işarə ilə qeyd olunması
Açar sözlər
   MƏQALƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 11 =