Magistratura şöbəsi

Şöbə, universitetin magistratura üzrə təhsilində  əsas rol oynayan strukturdur. Şöbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 saylı qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il, 168 saylı sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı»-na, Azərbaycan Respublikasının Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli, 129 nömrəli qərarının icrasına müvafiq,  ali məktəbin Nizamnaməsinə uyğun olaraq formalaşdırılırmışdır və fəaliyyət göstərir. GDU –nun magistratura pilləsində 24 proqram üzrə, 49 ixtisasda magistr hazırlığı aparılır. Tədris prosesinə universitetin 25 kafedrası cəlb olunmuşdur. Magistrarura pilləsində əyani və qiyabi təhsil formasında aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:

İxtisaslar

İstiqamət: Riyaziyyat- 060501

İxtisaslar:

  1. Riyazi analiz
  2. Differensial tənliklər
  3. Cəbr və topologiya
  4. Həndəsə
  5. Riyaziyyatın tədrisi və metodologiyası
  6. Hesablama riyaziyyatı

İstiqamət: Komputer elmləri-060509

İxtisaslar:

  1. İnformatika

İstiqamət: Fizika müəllimliyi-060104

İxtisaslar:

  1. Fizika fənninin tədrisi metodologiyası və metodikası
  2. Yarımkeçiricilər fizikası
  3. Yarımkeçirici cihazlar və mikroelektronika
  4. İstilik fizikası və molekulyar fizika

İstiqamət: Kimya-060504

İxtisaslar:

  1. Qeyri üzvi kimya
  2. Üzvi kimya
  3. Analitik kimya
  4. Yüksək molekullu birləşmələr kimyası
  5. Fiziki kimya
  6. Biokimya

İstiqamət: Biologiya-060505

İxtisaslar:

  1. Botanika
  2. Mikologiya
  3. Genetika
  4. İnsan və heyvan fiziologiyası
  5. Onurğalılar zoologiyası
  6. Bitki fiziologiyası

İstiqamət: Coğrafiya-060506

İxtisaslar:

  1. Azərbaycanın fiziki coğrafiyası

İstiqamət: Ekologiya-060510

İxtisaslar:

  1. Ətraf mühitin mühafizə metodları və bərpası

İstiqamət: Filologiya-060201

İxtisaslar:

  1. Dilşünaslıq (Müqayisəli dilçilik)
  2. Azərbaycan dili
  3. Azərbaycan ədəbiyyatı
  4. Dilşünaslıq (ingilis dili)

İstiqamət: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi-060101

İxtisaslar:

  1. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

İstiqamət: Pedoqogika-060119

İxtisaslar:

  1. Pedoqogika nəzəriyyəsi və tarixi
  2. Sosial pedaqogika

İstiqamət: İbtidai sinif müəllimliyi-060115

İxtisaslar:

  1. İbtidai sinifdə tədrisin metodika və metodologiyası

İstiqamət: Psixologiya-060209

İxtisaslar:

  1. Uşaq və yaş psixologiyası
  2. Pedoqoji psixologiya

İstiqamət: Tarix-060206

İxtisaslar:

  1. Türk dünyası tarixi
  2. Azərbaycanın yeni və ən yeni tarixi
  3. Avropa və Amerikanın yeni və ən yeni tarixi
  4. Azərbaycanın qədim və orta əsrlər tarixi

İstiqamət: İqdisadiyyat-060404

İxtisaslar:

  1. İqdisadi nəzəriyyə
  2. İqdisadiyyatın hüquqi tənzimlənməsi
  3. Menecment (sahələr üzrə)
  4. Biznesin təşkili və idarə edilməsi
  5. Dövlət qulluğunun təşkili və idarə edilməsi
  6. İstehsal sferasında muhasibat ucotu və audit

İstiqamət: Bədən tərbiyəsi və idman-060802

İxtisaslar:

  1. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası

İstiqamət: Musiqişünaslıq-060307

İxtisaslar:

  1. Musiqi tənqidi
  2. Musiqi fənnin tədrisi metodikası və metodologiyası

İstiqamət: Sənətşünaslıq-060302

İxtisaslar:

  1. Təsviri incəsənət tarixi və nəzəriyyəsi

 

 

2. Şöbənin əsas vəzifələri

2.1. Şöbə, bakalavr ali təhsil pilləsindən sonrakı təhsil məsələləri ilə məşğul olan qurumdur.

2.2. Şöbədə təhsil təsdiq olunmuş magistr proqramları üzrə həyata keçirilir.

2.3. Magistraturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

2.4. Magistrlərin təhsili ilə universitetin 29 ixtisas kafedrasında yüksək elmi dərəcəli mütəxəssislər məşğul olur.

 

3. Şöbənin strukturu və fəaliyyəti

3.1. Şöbənin əməkdaşları bir nəfər müdir, bir nəfər müdir müavini, bir nəfər assistant və bir nəfər operatordan ibarətdir.

3.2. Şöbə, öz fəaliyyəti ilə bağlı ildə iki dəfə Universitet rektoruna və elmi şuraya hesabat verir.

3.3. Şöbənin rəhbəri şöbənin fəaliyyəti, bu fəaliyyətin effektliliyi üçün məsuliyyət daşıyır.

 

3.4. Şöbə, Universitet elmi şurasının qərarı, rektorun əmri əsasında yaradılır, yaxud eyni proseduralarla onun fəaliyyətinə xitam verilir.

3.5. Şöbənin sənədləşdirmə işi kargüzarlıq normalarına uyğun aparılır.

3.6. Şöbənin əməkdaşları Universitet rektorunun əmri ilə ilə təyin olunur və yaxud işdən azad edilir.

3.7. Şöbənin Əsasnaməsi Universitet elmi şurası tərəfindən təsdiq edilir.