Magistratura şöbəsinin əməkdaşları

Magistratura şöbəsinin müdiri – dosent Emin Kərim oğlu YaqubovMagistratura şöbəsinin müdiri – dosent Emin Kərim oğlu Yaqubov.

1966-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycandan köçürmə yolu ilə Gürcüstan Politexnik İnstitutuna daxil olmuş, 1989-cu ildə həmin institutu fərqlənmə ilə bitirmişdir. 1990-cı ildən Gəncə Dövlət Universitetində çalışır. 1992-1996-cı illərədə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitututnun aspirantı olmuşdur. 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. E.K.Yaqubov 34 elmi məqalə, metodik vəsait və fənn proqramının müəllifidir. Elmi əsərləri Azərbaycan və xarici ölkələrin elmi mətbuatında nəşr olunmuşdur. Bir çox elmi konfrans, seminar və beynəlxalq treninqlərdə iştirak etmiş, sertifikatlar almışdır. Hal-hazırda ümumi texniki fənlər və texnologiya kafedrasının dosenti və magistratura şöbəsinin müdiri vəzifəsində çalışır. “Texnoloji proseslərin layihələndirilməsində metalların təzyiqlə emalı nəzəriyyəsinin tətbiqi” mövzusunda elmi-tədqiqat işi aparır.   Ailəlidir, 4 övladı var.


 

 

samiraMagistratura şöbəsinin müdür müavini – Cəfərova Samirə Qaçay qızı                                        

1980-ci ildə anadan olmuşdur. 1996-cı ildə Goranboy rayonu Safıkürd kənd orta məktəbini bitirmiş və həmin ildə Gəncə Dövlət universitetinin Mühəndis-Pedaqoji fakültəsinin Fizika ixtisasına daxil olmuşdur. 2000-ci ildə universiteti bitirərək Fizika ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Bundan sonra Gəncə Dövlət Universitetində təhsilini davam etdirmiş, 2002-ci ildə təhsilin magistratura pilləsini başa vuraraq Yarımkeçiricilər fizikası ixtisası üzrə magistr dərəcəsi almışdır. 2002-c ildən Fizika kafedrasında baş laborant, 2004-cü ildən müəllim, 2012-ci ikdən isə həmin kafedrada baş müəllim vəzifəsində çalışır. Azərbaycan Milli Elmlər Akademiyası H.M.Abdullayev adına Fizika İnstitutunun dissertantıdır. S.Cəfərova 8 elmi-metodik məqalənin müəllifidir. Hal-hazırda Gəncə Dövlət Universitetinin magistratura şöbəsinin müdür müavini vəzifəsində çalışır. Ailəlidir. 2 övladı var.

 

 

Kazimova OfeliyaKazımova Ofeliya Səməd qızı

1949-cu il 6 noyabr tarixində Gəncə şəhərində anadan olub. 1959- 1968-ci illərdə Gəncə şəhəri 7 nömrəli orta məktəbdə təhsil alıb. 1970-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnistitutunun biologiya-riyaziyyat fakultəsində katibə vəzifəsində çalışıb. 1972-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnistitutunun qiyabi şöbə üzrə biologiya-riyaziyyat fakultəsinin riyaziyyat ixtisasına qəbul olub. 1977-ci həmin İnistitutun qiyabi şöbəsinin biologiya-riyaziyyat fakultəsinin riyaziyyat ixtisasını bitirib. Hal-hazırda Gəncə Dövlət Universitetinin Magistratura şöbəsində işləyir. Ailəlidir, 3 övladı var.

 

 

 

Həsənova Gülnarə Sahib qızı

1994-cü ildə 28 aprel Gəncə şəhərində anadan olub. 2000-2011-ci illərdə M.P.Vaqif adına adına 8 saylı orta məktəbdə təhsil alıb. 2014-cü ildə Qızıl Əllər kursunun kompuret ixtisası üzrə bitirmişdir. Hal-hazırda Gəncə Dövlət Universitetinin Magistratura şöbəsində operator vəzifəsində işləyir. Subaydır.