Magistratura şöbəsinin iş planı

No. İşin məzmunu Qeyd
Sentyabr
1 Yeni tədris ili üçün dərs proqramındakı dəyişikliklər nəzərə alınaraq dərs cədvəlinin tutulub başa çatdırılması və auditoriya fondunun  bölünməsi
2 I kurs üzrə toplantı keçirərək magistrlərə vəzifə borcları haqqında məlumatların verilməsi
3 I kurs magistrantlarına magistr bileti, imtahan kitabçalarının verilməsi
4 I kurs magistrantları ilə universitet rektorunun, professor-müəllim heyətinin görüşünün təşkil edilməsi
5 Təhsil haqqlarının ödənilməsinin təşkili
6 Magistrantların TEC, Həmkarlar təşkilatı və digər bu kimi tələbə təşkilatlarında aktiv fəaliyyətinin təmin edilməsi
  7 Dövlət hesabına təhsil alan I-II kurs magistrantların təqaüdlərinin təyin edilməsi
Oktyabr
1 Magistr pilləsi üzrə dissertasiya mövzularının hazırlanması və paylanmasına nəzarət
2 Mühazirə və seminar dərslərinin keyfiyyətinə nəzarət (MŞ rəhbərliyinin ayrı-ayrı professor-müəllimlərin dərslərində iştirakı)
3 Sentyabr və oktyabr ayları üzrə  magistrantların dərsə davamiyyətinə nəzarət
4 Kollekvium balları və digər sənədləşmə işlərinin icrasına nəzarət
Noyabr
1 Mühazirə və məşğələ dərslərinin metodiki qaydalara (mühazirə mətni, fənnin proqramı, təqvim planı və s.) uyğunluğunun yoxlanılması
2 I kurs magistrantların dissertasiya mövzularının təsdiq edilməsi
3 Fənn müəllimlərinin sillabuslarının tərtibatına nəzarət
Dekabr
1 Qış yekun imtahan sessiyası vərəqələrinin və imtahan cədvəllərinin hazırlanması
2 I kurs qiyabi təhsil alan magistrlərin payız-qış tədris imtahan sessiyasının təşkili və gedişin\ nəzarət
3 Tədris yüklərinin yerinə yetirilməsinə və qruplar üzrə tədris jurnallarının düzgün doldurulmasına nəzarət
4 Qış semestri üçün I-II kurs magistrların dərslərə davamiyyətinin yekunları haqqında məlumatın hazırlanması və tədbirlərin görülməsi
5 Təhsil haqqlarının ödənilməsinin təşkil edilməsi
Yanvar
1 I-II kurs magistrantların qış yekun imtahan sessiyasının təşkili və gedişinə nəzarət
2 II semestr üçün dərs cədvəllərinin təsdiqlənməsi və auditoriya fondunun bölüşdürülməsi
3 II semestr üçün qruplar üzrə tədris jurnallarının hazırlanması
4 Qış yekun imtahan sessiyasının hesabatının tərtib edilməsi
 

Fevral

1 Tədris prosesinin təşkili üzrə qrup iclaslarının təşkil edilməsi
2 Mühazirə və seminarların keyfiyyətinə  nəzarət və tədris jurnallarının doldurulmasının yoxlanılması
3 II kurs əyani magistrantların elmi-pedaqoji təcrübələrinin  gedişinə və dissertasiya işlərinin yerinə yetirilməsinə nəzarət
4 TEC-in konfranslarında magistrantların iştirakının təmin edilməsi
5 Təhsil haqqlarının ödənilməsinin təşkil edilməsi
6 Payız-Qış imtahan sessiyasınına dair yekun hesabatın hazırlanıb Universitet Elmi Şurasına təqdim olunması
Mart
1 Muhazirə və seminar dərslərinin keyfiyyətinə nəzarət
2 Vətənpərvərlik və Milli ideologiya mövzuları üzrə ümumi yığıncağın keçirilməsi
3 Dərs cədvəlləri üzrə müəllimlər tərəfindən jurnalların düzgün doldurulmasının yoxlanılması və tədris yüklərinin dərs cədvəlində düzgün bölüşdürülməsinə nəzarət
4 Magistrların dissertasiya işinin müdafiəsinə buraxılması üçün zəruri sənədlərin hazırlanması
5 Magistr pilləsi üzrə  dissertasiya işlərinin yerinə yetirilməsinə nəzarətin təşkili
Aprel
1 Yay imtahan sessiyasına hazırlıq
2 Mühazirə və məşğələ dərslərinin metodiki qaydalara (mühazirə mətni, fənnin proqramı, sillabus və s.) uyğunluğunun yoxlanılması
May
1 Yay imtahanları və dissertasiya müdafiəsi üzrə cədvəllərin və digər sənədlərin hazırlanması
2 Tədris jurnallarının müəllimlər tərəfindən düzgün doldurulması və qrup başçıları tərəfindən qaiblərin yekunlarının yazılması, düzgünlüyünün yoxlanılması
3 Təhsil haqqlarının ödənilməsinin təşkil edilməsi
4 Magistrantların Respublika Elmi Konfransına hazırlığının həyata keçirilməsi
5 Magistrantların asudə vaxtlarının səmərələri təşkili ilə bağlı tədbirlərin keçirilməsi
İyun
1 Yay imtahan sessiyasının təşkili və gedişinə nəzarət
2 Tədris yüklərinin hazırlanması və kafedralara paylanması
3 Dissertasiya işlərinin müdafiəsinin təşkili
4 Yay imtahan sessiyasına dair yekun hesabatın hazırlanıb Universitet Elmi Şurasına təqdim edilməsi