Ümumi şöbə

Dəftərxanada rektorun əmr və göstərişləri, kargüzarlıqla əlaqədar sənədləşmə işləri icra edilir. Universitet üzrə işçi və tələbə tərkibinə dair əmrlər rəhbərliyin imzasından sonra dəftərxanada qeydiyyatdan (indekslər üzrə nömrələnmə) keçirilərək çıxarışların aidiyyatı yerlərə paylanılması təşkil olunur. Vətəndaşların ərizələri və poçt xidməti ilə daxil olan məktublar qeydiyyatdan keçirilərək həmin gün rəhbərliyə təqdim olunur. Rektorun dərkənarı əsasında sənədlər dərhal icraçılara çatdırılır. Dəftərxana işçiləri tərəfindən quruluş bölmələrinin kargüzarlıq işlərinə daima nəzarət edilir. Rektorun göstərişi ilə bir sıra əmrlərin hazırlanması, ezamiyyənin təşkili və digər sənədlər dəftərxana müdiri tərəfindən icra edilir. Kargüzarlıqla bağlı yazışmaların və cavab məktublarının ünvanına göndərilməsi dəftərxananın kargüzarlıq xidməti tərəfindən icra edilir. Dəftərxananın işçi heyyəti 15 nəfərdən ibarətdir. Onlardan dəftərxana müdiri, 9 nəfəri operator, 1 – inspektor, 1- kargüzarvə 1 tabelçi vəzifəsində işləyənlərdir.