Qiyabi şöbənin əməkdaşları

Baylarov Qurban

Dos. Qurban Binyam oğlu Bəylərov Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsinin müdiri.

01.01.1968 – ci ildə Kəlbəcər rayon Geştək sovetliyinin Yellicə kəndində anadan olub. 1985 – ci ildə Kirovobad Dövlət Pedaqoji İnstitutunun Fizika – Riyaziyyat fakültəsinin Fizika – Riyaziyyat ixtisasının I kursuna qəbul olub. 1986 – 1988 – ci ildə həqiqi hərbi xidmətdə olub. 1992 – ci ildə Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Təhsil Nazirliyinin təyinatı üzrə universitetin fizikanın tədrisi metodikası kafedrasında saxlanılıb. 2005 – ci ildə elmi iş müdafiə edib alimlik dərəcəsi alıb. Təhsil Nazirliyinin qrifi ilə 3 dərs vəsaitinin və 25 – dən çox elmi məqalənin müəllifidir.

Hal – hazırda Gəncə Dövlət Universitetinin Ümumi Fizika kafedrasının dosenti, Qiyabi Şöbənin müdiridir. YAP – ın üzvüdür.


 

Huseynzade Zaur

Dos.Hüseynzadə Zaur Rafael oğlu Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsinin metodisti, Bədən tərbiyəsi və idman kafedrasının müəllimi.

01.07.1978 – ci ildə Gəncə şəhərində anadan olub. 1995 – ci ildə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin İbtidai Hərbi hazırlıq və fiziki tərbiyə ixtisasına qəbul olunub. 1999 – cu ildə həmin unversitetin İbtidai Hərbi hazırlıq və fiziki tərbiyə ixtisasını fərqlənəmə diplomu ilə bitirib. 2000 – ci ildən Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasında məşqçi müəllim vəzifəsində işə başlayıb. 2001 – ci ildə Fiziki tərbiyə və Gənclərin çağırışa qədərki hazırlığı ixtisası üzrə magistraturaya qəbul olunub. 2004 – cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib. 10 – a yaxın elmi məqalənin, 3 proqramın və 4 dərslik kitabının, “Əlbəyaxa döyüş ustaları” Gəncə 2002, “Əlbəyaxa döyüş” Bakı 2003, “İdman qurğuları və sadə idman qurğularının quraşdırılması” Gəncə 213, “Ali məktəblərdə hərbi əlbəyaxa döyüşün əhəmiyyəti” Gəncə 2014 dərs vəsatinin müəllifidir.

Hal – hazırda Bədən tərbiyəsi və idman kafedrasında əvəzçi müəllim və Qiyabi şöbənin metodistidir. YAP – ın üzvüdür.


Məmmədova Gülmira Əlistan qızı Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsinin operatoru.

08.05.1987 – ci ildə Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. 2005 – ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Pedaqogika və metodika fakültəsinin pedaqogika və metodika ixtisasına qəbul olunub. 2009 – cu ildə həmin institutun pedaqogika və metodika ixtisasını bitirib.

Hal – hazırda Qiyabi şöbənin operatorudur.


Mustafayeva Pərvin Mayıl qızı Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsinin tyutorudur, Ümumi riyaziyyat kafedrasının əməkdaşıdır.

31.07.1981 – ci ildə Gəncə şəhərində anadan olub. 1998 – ci ildə Gəncə Dövlət Universitetinin riyaziyyat – informatika fakültəsinin riyaziyyat – informatika ixtisasının I kursuna qəbul olunub. 2002 – ci ildə həmin Universitetin riyaziyyat – informatika ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2002 – ci ildə Gəncə Dövlət Universitetinin Riyaziyyatın tədrisi metodikası kafedrasının magistraturasına qəbul olunub. 2005 – ci ildə həmin kafedranın riyaziyyatın tədrisi metodikası ixtisasını fərqlənmə diplomu ilə bitirib.

Hal – hazırda Universitetin qiyabi şöbəsinin tyutorudur. Dissertantdır.


Qurbanova Əntiqə Əziz qızı Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsinin tyutoru, texniki fənlər kafedrasında kabinə müdiridir.

26.04. 1953 – cü ildə Gəncə şəhərində anadan olub. 1972 – ci ildə Kirovobad Dövlət Pedaqoji İnstitutunun Fizika – Riyaziyyat fakültəsinin riyaziyyat müəllimliyi ixtisasının I kursuna qəbul olunub. 1978 – ci ildə həmin institutun riyaziyyat müəllimliyi ixtisasını bitirib.

1971 – ci ildən bu günə kimi (ayrı – ayrı kafedralarda və 21 il ancaq komsomolda) işləyib.

Hal – hazırda Texniki fənlər kafedrasında kabinə müdiri və Qiyabi şöbənin tyutorudur.


Niyazi Nabiyev

Dos.əvəzi Nəbiyev Niyazi Hüseynəli oğlu Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsinin tyutoru, Bədən tərbiyəsi və idman kafedrasının məşqçi müəllimidir.

01.02.1977 – ci ildə Qərbi Azərbaycan Göyçə mahalı Zərkənd kəndində anadan olub. 1997 – ci ildə Gəncə Dövlət Universitetinin ÜTF fakültəsinin Peşə təlimi ixtisasına qəbul olunub. 2001 – ci ildə həmin unversitetin Peşə təlimi ixtisasını bitirib. 2003 – cü ildə Gəncə Dövlət Universitetinin Pedaqogika kafedrasının magistraturasına qəbul olunub. 2005 – cı ildə həmin kafedranın Pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisasınəı fərqlənmə diplomu ilə bitirib. 5 elmi məqalənin və “İdman qurğuları və sadə idman qurğularının quraşdırılması” dərs vəsatinin müəllifidir.

Hal – hazırda Bədən tərbiyəsi və idman kafedrasında məşqçi müəllim və Qiyabi şöbənin tyutorudur. YAP – ın üzvüdür.