Kadrlar şöbəsi

Müəssisənin iqtisadi və sosial inkişaf planlarının əsasında kadrlara tələbatın müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində iştirak edir.Işdən azad olunma, bir işdən digərinə köçürülmə ilə əlaqədar müraciət edən təhsil işçilərini qəbul edir, kadrların yerləşdirilməsi və onlardan düzgün istifadə olunması məsələlərinə nəzarət edir.Müəssisə rəhbəri ilə birlikdə gənc mütəxəssislərin işlə təmin olunması, staj keçməsi ilə məşğul olur.Həmkarlar təşkilatı ilə birlikdə müəssisə işçilərinə və onların ailələrinə pensiya təyin etmək üçün zəruri olan sənədlərin hazırlanmasını və sosial təminat orqanlarına verilməsini təmin edir. Kadrlar üzrə inspektorlarla metodiki rəhbərliyi həyata keçirir. Kadrlarla bağlı qərar, əmr və göstərişlərin bölmə rəhbərləri tərəfindən icra olunmasına nəzarət edir. Bütün kateqoriyalardan olan kadrlarla işlərin forma və metodlarının təkmiləşdirilməsi üzrə tədbirlər görür. Kadrlarla işlərin yekunlarını öyrənir və ümumiləşdirir, kadr axıcılığının, üzrsüz iş buraxma hallarının səbəblərini və başqa əmək intizamı pozuntularını təhlil edir, kadrların möhkəmləndirilməsi, aşkar olunmuş nöqsanların arada qaldırılması haqqında təkliflər hazırlayır,məzuniyyət qrafikinin tərtibi və yerinə yetirilməsini təşkil edir.