Kadrlar şöbəsinin əməkdaşları

???????????????????????????????

Kadrlar şöbəsinin müdiri

Tağıyeva Gülçöhrə Tağı qızı 04 iyul 1962 –ci ildə Gəncə şəhərində anadan olub. 1968 –ci ildə Gəncə şəhəri 27 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 1978 –ci ildə həmin məktəbin 10-cu sinifini bitirib.1979- cu ildə S.M.Kirov adına ADU –nin jurnalistika fakültəsinə daxil olub.1985-ci ildə həmin Universiteti bitirib.1978-ci ildən 1997-ci ilədək Gəncə şəhər Mətbəsində korrektır və inspektor vəzifələrində işləyib.1997-ci il tarixdən 2000-ci ilədək Gəncə şəhər avtosalonunda kadrlar üzrə inspektor vəzifəsində işləyib.2000-ci ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin kadrlar şöbəsinin müdiri vəzifəsində işləyir.

Kadrlar

Kadrlar şöbəsinin kadrlar üzrə mütəxəssisi

İbrahimova Məlahət Bəhrəm qızı 07 fevral 1956-cı ildə Gəncə şəhərində anadan olub.1963-cü ildə Gəncə şəhəri 16-saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 1973-cü ildə həmin məktəbin 10-cu sinfini bitirib.1974-cü ildə H.Zərdabi adına KDPİ –nun Dil ədəbiyyat fakültəsinə daxil olub.1980-ci ildə həmin İnistitu bitirib.1974-cü ildən Gəncə Dövlət Universitetinin kadrlar şöbəsində makinaçı,2003-cü ildən həmin şöbədə inspektor,2011-ci ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir.

Kadrlar şöbəsinin inspektoru

Məmmədova Nəzirə Zülfüqar qızı 17 sentyabr 1950-ci ildə Gəncə şəhərində anadan olub.1957-ci ildə Gəncə şəhəri 16 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 1967-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.1973-cü ildə H.Zərdabi adına KDPİ –nun  Dil ədəbiyyat fakültəsinə daxil olub.1979-cu ildə həmin İnistitu bitirib. 1970-ci ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin kadrlar şöbəsində inspektor vəzifəsində işləyir.

Kadrlar şöbəsinin inspektoru

Əsgərova Azadə Saleh qızı 22 noyabr 1963- cü ildə Samux şəhərində anadan olub.1971-ci ildə Samux Şəhər Kolayır kənd orta məktəbinin 1- ci sinfinə daxil olub.1981-ci ildə həmin məktəbin 10 – cu sinfini bitirib. 1982-ci ildə Kirovabad Politexnik texnikomunun elektrik stansiyaları şəbəkə və sistemləri fakültəsinə daxil olub. 1985 -ci ildə həmin texnikomunu bitirib. 2001- ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalında yenidənhazırlanma fakültəsinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib.2001-ci ildə Gəncə Dövlət Universitetinin Gənclərin cağrışaqədərki hazırlığı və mülki müdafiə kafedrasında laborant, 2002-ci ildən hal – hazıradək Gəncə Dövlət Universitetinin kadrlar şöbəsində inspektor vəzifəsində işləyir.

Kadrlar şöbəsinin operatoru

Quliyeva Leyla Ramiz qızı 24 oktyabr 1985-ci ildə Gəncə şəhərində anadan olub.1991-ci ildə Gəncə şəhəri 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2000-ci ldə həmin məktəbin 9-cu sinfini bitirib.2000-ci ildə Gəncə şəhəri 1saylı litseyinə daxil olub. 2003 – cü ildə orta təhsil əməliyatçı mühasib peşəsi üzrə tam kursu bitirib. 2004-cü ildə 3 aylıq kompyuter kursunu bitirib.2007-ci ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin kadrlar şöbəsində operator vəzifəsində işləyir.

Səfərova Aydəniz Ramiz qızı 21 aprel 1990-cı ildə Gəncə şəhərində anadan olub.1996-cı ildə Gəncə şəhər Aşıq Ələsgər adına orta məktəbin 1-ci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2007-ci ildə Azərbaycan Müəllimlər İnistutu Gəncə filialının İbtidai təhsilin pedaqogika və metodikası ixtisasına qəbul olub.2012-ci ildə həmin İnistutu bitirib.2013-cü ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasında operator vəzifəsində işləyir.

Kadrlar şöbəsinin inspektoru

Ramazanova Günel Rza qızı 15 dekabr 1982-ci ildə   Gəncə   şəhərində   anadan   olub.1989-cu ildə Gəncə şəhər Dəmiryol 17 saylı orta məktəbin 1-ci sinfinə daxil olub.1999-cu ildə həmin məktəbi bitirib.1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin İbtidai təhsilin pedaqogika və metodika ixtisasına daxil olub.2003-cü ildə həmin universiteti bitirib.2006-cı ildən Gəncə Dövlət Universitenin Ümumi pedaqogika kafedrasında müvəqqəti laborant,2011-ci ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin kadrlar şöbəsində inspektor vəzifəsində işləyir.