Beynəlxalq əlaqələr şöbəsi

Beynəlxalq Əlaqələr Şöbəsinin əsas öhdəlik və məqsədləri:

  • Təhsil müəssisələri, elmi və ictimai təşkilatlar, agentliklər, digər ölkələrin fondları ilə əməkdaşlığı təşkil etmək.
  • Beynəlxalq əlaqələr ilə əlaqəsi olan nazirliklər, təhsil müəssisələri, Azərbaycanın ictimai və özəl təşkilatları ilə iş əməkdaşlığı etmək.
  • Birgə tədqiqat, professional-tədris strukturunda mübadilələr sahəsindəki xarici partnyorlar və tələbələr ilə əlaqələrin dəstklənməsi. Xarici vətəndaşların universitetdə magistr və aspirant təhsili almağa dəvət etmək.
  • Məlumatın təmin edilməsi, məsləhətçi köməyi və şöbələrə köməkliyin göstərilməsi ilə bağlı universitetin müəllimləri və tələbələri ümumi tədqiqat, hazırlıq kursları və xaricdə təcrübə keçirmək imkanları ilə təmin etmək.
  • Universitetimizin müəllim və tələbələrinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar yaratmaq.
  • Xarici ölkələr üçün ekspertlərin hazırlanmasının həyata keçirilməsi üçün İngilis, Alman, Rus və Fransız dillərində elmi-metodiki ədəbiyyatın inkişafının və nəşrinin təşkil etmək.
  • Beynəlxalq fəaliyyət və onun təkmilləşdirilməsi sahəsində təkliflər haqqında ümumiləşdirmə və hesabatların analizlərini aparmaq.
  • Şöbə rəsmi xarici deleqasiyaların və nümayəndələrin qarşılanması kimi də səlahiyyətləri vardır.
  • Xarici partnyorlarla əməkdaşlıq barədə müqavilələr və memorandumları inkişaf etdirilməsi, onlarla əməkdaşlıq və universitetin rəsmi işçi heyətinin xaricdə səyahətlər üçün texniki yardım göstərməkdən bizim prioritet məqsədlərimizdəndir.

 

Beynəlxalq Əməkdaşlıq

Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra bu məsələ yenidən ön plana çəkildi. Elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş vüsət aldı. Bu proseslərin bir qismi dövlət sazişləri çərçivəsində tənzimlənir. Xarici ölkələrdə kadr hazırlığı məhz, Azərbaycanın xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına yiyələnən və beynəlxalq təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacının qarşılanmasına xidmət edir.

Xarici ölkə universitetlərindən təhsilə  ümummilli lider qayğısı bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Belə ki, Azərbaycanlı gənclərin zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti 2007-cı il 16 aprel tarixli 2090 nömrəli Sərəncam imzalanmışdır.

Gəncə Dövlət Universiteti də mütəxəssis hazırlığı və elmi-tədqiqat işlərinin aparılması sahəsində işlərini yenidən qurur. Bu işlərin fonunda onun beynəlxalq əlaqələri genişləndirmə, inkişaf etdirilməsi və qabaqcıl dünya təcrübəsindən istifadə fəaliyyəti artır.

Universitetimizin 1995-ci ildən fəaliyyət göstərən beynəlxalq əlaqələr şöbəsi də öz iş fəaliyyətini günü-gündən inkişaf etdirir.