Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları

Şöbə müdiri: Məmmədov Ruslan Həsən oğlu
Məmmədov Ruslan Həsən oğlu 1984-cü ilin iyun ayının 29-da Gəncə şəhərində anadan olmuşdur.
Ruslan Məmmədov 2000-ci ildə Gəncə dövlət universitetinin xarici dillər fakültəsinin ingilis dili ixtisasına daxil olmuş və 2004-cü ildə həmin ixtisası fərqlənə diploma ilə bitirmişdir.
O, 2004-cü ildə Gəncə dövlət universitetinin magistratura şöbəsinin tərcümə (ingilis dili) ixtisasına qəbul olmuş, 2006-cı ildə adı gedən ixtisası da fərqlənmə diploma ilə bitirmişdir.
2006-2007-ci ildə hərbi xidməti başa vurduqdan sonra müraciəti əsasında Gəncə dövlət universitetinin leksika və ölkəşünaslıq kafedrasına müəllim təyin olunmuşdur.
Ruslan müəllim 2009-2010-cu ildə Avropa Birliyinin “Erasmus Mundus” layihəsi vasitəsi ilə Yunanıstanın ATEİ Saloniki İnstitutunda 10 aylıq doktorantura təhsili almışdır.
2011-ci ildə isə Gəncə dövlət universitetinin beynəlxalq əlaqələr şöbəsinə müdir təyin olunmuşdur.
Vəzifədə çalışdığı müddətdə aktiv fəaliyyətinə görə 2012-ci ildə rəhbərlik tərəfindən fəxri diplomla təltif edilmişdir. Universitetimizin üzv olduğu Tempus, Erasmus Mundus kimi beynəlxalq layihələrə yerli koordinator qismində rəhbərlik edir. Avropanın 10-dan artıq fərqli ölkələrində elmi pedaqoji fəaliyyətdə olmuşdur.
Ruslan Məmmədov elmi sahədə də öz fəaliyyətini davam etdirir. Belə ki, 2013-cü ildə Gəncə dövlət universitetinin dünya ədəbiyyatı ixtisasına doktorant kimi qəbul olaraq müasir Amerika ədəbiyyatını tədqiq edir.
Ruslan Məmmədov universitetin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi fonunda da öz üzərində çalışır. Buna missal olaraq 2014-cü ildə Avropa Birliyinin “Erasmus Mundus WEBB” layihəsi ilə Polşanın Varşava Universitetində beynəlxalq əlaqələr sahəsində 1 aylıq təcrübə kursu keçməsini nümunə olaraq qeyd edə bilərik.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir qız evladı var.


İsmayılzadə Farizə Mobil q. (Baş metodist)

İsmayılzadə Farizə Mobil qızı 1977-ci il iyul ayının 9-da Xanlar rayon Quşqara kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1995-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji institutunun “Tarix və dil-ədəbiyyat” fakültəsinə daxil olmuş, 1999-cu ildə bakalavr pilləsi üzrə “Tarix” ixtisasını bitirmişdir. Həmin ildən də Universitetin Beynəlxalq əlaqələr şöbəsinə baş metodis təyin olunmuşdur.
2002-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə “Magistratura” şöbəsinə daxil olmuş və 2005-ci ildə magistr dissertasiyasını müdafiə edərək magistr dərəcəsinə yiyələnmişdir.
2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix institutunda Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Vətən tarixi” üzrə dissertanturaya qəbul olunmuşdur.
2014-cü ildə sentyabr ayında “Tempus ESPİDİP” layihəsi çərçivəsində Polşa respublikası Lodz şəhərində yerləşən Lodz universitetində keçirilən “Əllilliyi olan şəxslərin Azərbaycan Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı təlimdə iştirak etmişdir.
Üç elmi məqalə və üç tezisin müəllifidir.
Bir mükafat və iki təşəkkürə layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvidir.


Abbasova Səidə Oqtay q. (kərgüzar)    
Abbasova Səidə Oqtay qızı 20 iyun 1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1987-ci ildə 43 saylı şəhər orta məktəbinin birinci sinfinə getmişdir. 1997-ci ildə həmin məktəbi bitirmişdir. 1999-cu ildə Azərbaycan Texnologiya Universitetinin standartlaşdırma və sertifikasiya fakültəsinə daxil olub, həmin ixtisası bitirmişdir. 1999-ci ildən  Gəncə Dövlət Universitetində beynəlxalq əlaqələr şöbəsində kargüzar vəzifəsində çalışır.
Ailəlidir.  3 övladı var.