Haqqımızda

Gəncə Dövlət Universiteti qərb bölgəsində xüsusi çəkisi və nüfuzlu mövqeyi olan Ali təhsil müəssisisdir. 14 aprel 1938-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Gəncədə (o zamankı Kirovabad) İkillik Müəllimlər İnstitutu yaradılmışdır. 1938-ci il oktyabrın 1-dən iki ixtisas üzrə  təbiət və fizika-riyaziyyat fakültələri təşkil olunmuş, 23 müəllim və 244 tələbə ilə fəaliyyətə başlamışdır. 17 sentyabr 1939-cu ildə İnstituta pedaqoq N.K.Krupskayanın adı verilmişdir. 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna Universitet statusu verilir və Gəncə Dövlət Universiteti adlandırılır.

Gəncə Dövlət Universiteti mütəxəssis hazırlığı və elmi-tədqiqatların aparılması sahəsindəki işləri yenidən qurulur. Gəncə Dövlət Universiteti beynəlxalq əlaqələrin fonunda xarici ölkələrin ali məktəbləri, sənaye müəssisələri, beynəlxalq təhsil mərkəzləri, fondları və s. ilə əlaqələrini yaratma, onları rəsmiləşdirən sənədlərin layihələrini hazırlama və bağlanmış müqavilələrin, sazişlərin həyata keçirilməsində fakültələrə, kafedralarla və digər şöbələrlə birgə fəaliyyətinin təşkil edilməkdir. Beynəlxalq təhsil mühitində fəal iştirakına görə sayılıb seçilən Universitet olmağın qazanılan zəhmətin nəticəsidir.