Əcnəbilərin qəbul şərtləri

Əcnəbilərin qəbulu

Əcnəbi tələbələrin qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il 125 saylı Qərarına əsasən aparılır.

Əcnəbilərin Azərbaycan Respublikasının təhsil və elmi-tədqiqat müəssisələrinə təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbul aşağıdakı əsaslarla həyata keçirilir:

  • təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında;
  • təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;
  • təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanmış müqavilələr əsasında;
  • təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;
  • təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilə əsasında;
  • Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci və 5.2-ci bəndlərinə müvafiq olaraq, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında;
  • Əcnəbilər , Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi sənədləri təqdim etməlidirlər;
  • Doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün müraciət edən əcnəbilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 7.3-cü bəndində müəyyən edilmiş sənədləri təqdim etməlidirlər;
  • Bu Qaydaların 1.1 – 1,6 yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər;

2.1.    seçdikləri ixtisasın tədris dili və təhsilalma forması göstərilməklə,

təhsil müəssisəsinin rəhbərinin adına  ərizə (ərizə elektron

formada təqdim oluna bilər);

2.2.    əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin

fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

2.3.    Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini

bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və

təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri

halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir;

2.4.    tədris dilindən imtahan verilməsi barədə setifikat (mövcüd olduğu

halda);

2.5.    fəxri təltiflər,sertifikatlar,diplomlar və digər bu kimi sənədlərin

surətləri (mövcüd olduğu halda);

2.6.    Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən

əcnəbilər ingilis dili üzrə beynəlxalq imtahan formalarının

birindəən yetərli bal topladığı halda (bakalavr səviyyəsi üçün İELTS

5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyəsi üçün 5.5 bal, TOEFL

50 bal) dil biliklərinin yoxlanılmasından azad olunurlar;

2.7.    Aşağıdakı kateqoriyalardan olan əcnəbilər tədris dilini dəyişmədiyi

halda dil biliklərinin yoxlanılmasından azad olunurlar;

2.8.   Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb

növbəti təhsil pilləsində və ya səviyyəsində təhsil almaq üçün

müraciət edənlər;

2.9.   yerləşdiyi dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab

verən təhsil müəssisəsinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları.