Viza və müvəqqəti yaşayış

Viza və müvəqqəti yaşayış

Azərbaycana viza almaq qaydaları aşağıdakı kimidir:

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  respublikada müvəqqəti qalma müddəti vizada göstərilmiş müddətlə müəyyən olunur. Vizasız gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  respublikada müvəqqəti qalma müddəti 90 (doxsan) gündən artıq ola bilməz. 30 gündən çox Azərbaycanda qalmaq istəyən  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşadıqları yerdə qeydiyyata alınması üçün 3 (üç) gecə ərzində (istirahət və bayram günləri istisna olmaqla) Daxili İşlər Nazirliyinin müvafiq orqanlarına müraciət etməlidirlər.

Ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: (www.mia.gov.az).

Qeyd: Əcnəbi Gəncə Dövlət Universitetinin tələbəsi olduqdan sonra onun müvəqqəti yaşama icazəsi Universitetin dəstəyi ilə həyata keçirilir. Bu işin icrası Beynəlxalq əlaqələr şöbəsi tərəfindən aparılır.