Tələb olunan sənədlər

Universitetə müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Doldurulmuş ərizə forması
  • təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri);
  • sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayışlar;
  • etibarlı sərhədkeçmə sənədi;
  • tərcümeyi-hal;
  • 3×4 ölçüdə 8 ədəd fotoşəkil.

Müraciət vaxtı:

Hər tədris ili üçün sənədlər 15 iyun- 01oktyabr 2016-cı ildə aparılır. Potensial ərizəçi ərizə formasını tam oldurmalı və tələb olunan sənədləri mail və ya poçt vasitəsi ilə vaxtında aidiyyatı üzrə göndrəməlidir.

Sənədlərin icra vəziyyəti

Qəbul olunmuş ərizəçi rəsmi qaydada e-mail vasitəsi ilə xəbərdar olunacaq.

* Qəbul haqqında xəbərdarlıq edildikdən sonra sənədlərin əslini təqdim etməlisiniz.