Təcrübə və karyera şöbəsi

Gəncə Dövlət Universitetinin 20.04.2012-ci il tarixli 5/73 saylı əmrinə əsasən universitetdə təhsilin hər iki pilləsində (bakalavriat və magistratura) və hər iki formasında (əyani və qiyabi təhsil )tələbələrin təcrübəsinin (istehsalat, pedaqoji, tədris, arxeloji, texnoloji, çöl, ekoloji təcrübələri, o cümlədən diplomqabağı təcrübə universitetin məzunlarının işlə təmin olunmasına yardım edəcək əmək yarmarkalarının keçirilməsini təşkil edən yeni bir qrum “Təcrübə və karyera” şöbəsi yaradılmaşdır.

Respublikamızda yüksək təfəkkürə malik peşəkar elmi dünyagörüşə , tədris –pedaqoji sahələrdə hərtərəfli hazırlığa, Vətənimizə, xalqımızın yüksək mənafelərinə xidmət edən mədəniyyətə, öz soykökünə, millətinə, dilinə, dininə bağlı əsl müasir tələblərə cavab verəcək vətəndaşların hazırlanmasına böyük ehtiyac vardır. Azərbaycan xalqının gələcəyinin həmin mütəxəssislərin hazırlıq səviyyəsindən asılı olduğundan, cəmiyyətə yararlı yüksək ixtisaslı vətəndaşların hazırlanması qarşıda mühüm problem kimi durur. Bu vacib vəzifələrin layiqincə yerinə yetirilməsi təhsil sisteminin və müəllim kollektivlərinin üzərinə daha çox yük və məsuliyyət qoyulmasını şərtləndirir.

Müasir dövrdə kadr hazırlığında elmi-pedaqoji və istehsalat təcrübələrinin xüsusi əhəmiyyətini nəzərə alaraq, ölkəmizin təhsil strategiyasında, islahat proqramlarında buna geniş yer verilmiş, bu son dərəcə vacib sahəyə xüsusi diqqət və qayğının artırılması tapşırılmışdır.

Tədris proqramlarına uyğun olaraq şöbənin konkret fəaliyyət istiqamətlərini müəyyən edən Nizamnamə və iş planları hazırlanmış və rektorluq tərəfindən təsdiq edilmişdir.

Elmi Şura tərəfindən qəbul edilmiş proqram sənədlərinə uyğun olaraq ölkənin, şəhərin və tədris ocağının ictimai həyatında yaxından iştirak edilmişdir.

Şöbə tərəfindən təcrübələrin hazırlanması, aparılması, yekunlaşdırılması və s.aid bütün təlimatı sənədlər ixtisas kafedraları ilə birgə yerinə yetirilir.


Şöbə müdiri: dosent Qarayev Cabbar İbrahim oğlu

Cabbar Qarayev

QISA BİOQRAFİK MƏLUMAT:

1960 – cı ildə Goranboy rayonunun Nizami kəndində anadan olmuşdur. 1977 – ci ildə Goranboy rayon Nizami kənd orta məktəbini bitirmişdir.

1979 – cu ildən 1981 – ci ilə kimi Moskva şəhərində hərbi xidmətdə olmuşdur.

1982 – ci ildə Kirovabad Dövlət Pedaqoji  İnstitutunun fizika-rizayiyyat ixtisası üzrə I kursuna daxil  olmuşdur. 1987 – ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:

Ali təhsilli. Fizika – riyaziyyat elmləri namizədi, dosent.

ƏMƏK FƏALİYYƏTİ:

1985 – ci ildən 1990 – cı ilə kimi  İnstitutun komsomol komitəsinin katib müavini işləmişdir.

1990 – cı ildən 2000 – ci ilə kimi Gəncə Dövlət Universitetinin tələbə həmkarlar təşkilatının sədri işləmişdir.

1992 –ci ildən Mühəndis  Pedaqogi  fakültəsinin  “İstehsalat əsasları və əmək təlimi” kafedrasının 0,5 ştat müəllim kimi fəaliyyətə başlamışdır.

2001 – ci ildən 2011 – ci ilə kimi GDU – nun Fizika və texniki fənlər fakultəsində tədris işləri üzrə dekan müavini işləmişdir.

2012- ci ildən 2018-ci ilin iyul ayına kimi Təcrübə və karyera şöbəsində pedaqoji təcrübə rəhbəri, 3 iyul 2018- ci il tarixdən həmin şöbənin müdiri  , eyni zamanda  ,“ÜTF və texnologiya” kafedrasında dosent vəzifəsində işləyir. 1997- ci ildən YAP- ın üzvüdür.

TƏDQİQAT SAHƏSİ:

1998 – ci ildə “İndium-selen əsasında radiasiyaya davamlı fotoqəbuledicilər” mövzusu üzrə elmi iş apararaq namizədlik işini başa çatdırmışdır.

SEÇİLMİŞ ƏSƏRLƏRİ:

4 metodik vəsaitin, 3 fənn proqramı, 2 metodik tövsiyyənin, 30 –a  yaxın elmi məqalənin, tədris etdiyi fənn üzrə fənn proqramlarının  müəllifidir. Elmi məqalələri Moskva, Sankt-Peterburq, Bakı və Gəncə şəhərinin elmi jurnallarında dərc olunmuşdur.

Tel:      (050)  646-33-26

Ev:       (022)  257-49-12

Iş:         (022)  256-78-30

e-mail: cabbar.gdu@mail.ru


Təcrübə və karyera şöbəsinin əməkdaşları:

İstehsalat təcrübəsinin rəhbəri: Fərhadov Misir Müseyib oğlu

Misir Farhadov

1938-ci ilin Samux rayonunun  Kövər kəndində anandan olmuş, YAP –ın üzvüdür. 1965- ci ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitunun Biologiya ixtisasına qəbul olmuş, 1970- ci ildə həmin ixtisası bitirmişdir. Həmin ildən İnstitun tədris hissəsinin baş statisti,  1971 – ci ildən hal-hazıradək  İstehsalat təcrübə rəhbəri vəzifəsində çalışır. Əmək veteranıdır. Ailəlidir, 5 övladı var.


Baş inspektor: Süleymanova Lamiyə Edik qızı

Lamiya Suleymanova

1969-cu ildə Gəncə şəhərində anadan olmuş, 1986- cı ildə Gəncə şəhər 30 saylı rus tam orta məktəbini bitirmiş, 1992-ci ildə Gəncə Dövlət Universitetini İbtidai sinif müəllimliyi ixtisası üzrə  (qiyabi)  bitirmişdir. 1986-cı ildən  Universitetin müxtəlif şöbələrində, hal-hazırda isə Təcrübə və karyera şöbəsində baş inspektr vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. YAP-ın üzvüdür.


Böyük ladorant: Məhəmmədi Aygün Mahir qızı

Aygun Mammadli

1985-ci ildə Gəncə şəhərində anadan olmuş, 2003-cü ildə A.S.Puşkin adına 9 saylı orta məktəbi bitirmiş, elə həmin ildə Azərbaycan Texnologiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı” ixtisasına qəbul olmuş, 2007-ci ildə “Fərqlənmə” diplomu ilə ali məktəbi bitirmişdir. 2007-ci ildə Azərbaycan Texnologiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı” ixtisasının magistr pilləsinə qəbul olub, 2009-cu ildə “Fərqlənmə” diplomi ilə bitirmişdir. Ailəlidir, 1 övladı var. YAP-ın üzvüdür.

2008-ci ildən hal-hazıra kimi Gəncə Dövlət Universitetində çalışır.


Kargüzarlıq işini yerinə yetirən operator: Əsgərova Lalə Cəfər qızı

Lala Asgarova

1988- ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2006- ci ildə Gəncə şəhəri Mirzə Abbas Abbaszadə adına 20 saylı tam orta məktəbi bitirmişdir. 2012 –ci ildə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin Tarix ixtisası üzrə Bakalavr təhsil pilləsini bitirmişdir. 2016 –cı ildən Universitetin Təcrübə və karyera şöbəsində operator vəzifəsində çalışır. YAP-ın üzvüdür. Ailəlidir.