Həmkarlar İttifaqı Komitəsi

IMG_0065bbbbb
Gəncə Dövlət Universiteti Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Qasımova Afaq Qulam qızı.
09 iyun 1968-ci Gəncə şəhərində anadan olmuşdur.
1985-ci ildə Gəncə şəhər C.Cabbarlı adına 6 saylı orta məktəbi bitirmişdir.
1988-ci ildə Azərbaycan Texnologiya İnstitutunun “İİın təşkili  və texnologiyası” fakültəsinə daxil olmuşdur.
1993-cü ildə Azərbaycan Texnologiya İnstitutunun “İİM-ın təşkili  və texnologiyası” fakültəsini bitirmişdir.
1999-cu ildə H.Zərdabi adına pedaqoji İnstitutunun kimya kafedrasında işə qəbul olunmuşdur.
2002-ci ildə GDU-nin II ixtisas Biologiya ixtisasına daxil olmuşdur.
2005-ci ildə GDU-nin Biologiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2013-cü ildə GDU-ninHəmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
Azərbaycan Elmi – Tədqiqat İpəkçilik İnstitutunun dissertantıdır.
2003-cü ildən YAP-ın üzvüdür.
Ailəlidir 1 övladı var.

Həmkarlar İttifaqı Komitəsi əmək prosesində işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini qorumalı olan,öz üzvlərinin həyat və əmək şəraitini yaxşılaşdırmaq məqsədi güdən ictimai təşkilatdır.Universitet daxilində fəaliyyət göstərən Azad Həmkarlar İttifaqı Komitəsi yarandığı gündən öz vəzifəsinə sadiq qalmış,universitet işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasında,maddi vəziyyətinin,mədəni səviyyəsinin yuksəldilməsində önəmli rol oynamış,hər bir universitet işçisinin əmək və əməklə bağlı digər sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər görmüşdür.Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsi universitet professor-müəllim heyyətinin fəal hissəsi olmaqla hər zaman azərbaycançılıq, vətənpərvərlik ideaları ilə silahlanmağa səy göstərmişdir. Azad Həmkarlar İttifaqı Komitəsi öz fəaliyətini universitet əməkdaşlarının əmək,sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsində,sanatoriya,kurort müalicəsinin və istirahətlərinin təşkilində qurur.

Universitet Azad Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Nizamnamələrini əsas götürmüşdür. İşçilərin mənafeyinin müdafiəsi, sağlamlığının qorunması, sosial və maddi rifahının yaxşılaşdırılması, hüquqi müdafiə və başqa sahələrdə apardığı işlərdə Universitet Azad Həmkarlar İttifaqı Komitəsinin də payı vardır.

Həmkarlar ittifaqı komitəsinin fəaliyyətinin əsas istiqamətləri  əsasən onun qarşısında duran  aşağıdakı vəzifələrdən ibarətdir:

•     İttifaq üzvlərinin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi;
•    İşəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin, sazişlərin bağlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
•    İttifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi;
•    Əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkil edilməsi;
•    Həmkarlar ittifaqı fəallarının, həmkarlar ittifaqı işçilərinin və həmkarlar ittifaqı üzvlərinin hazırlanmasının, yenidən hazırlığını, ixtisaslarının və təhsilinin artırılması;
•    Həmkarlar ittifaqı üzvlərinə  və həmkarlar ittifaqı təşkilatlarına metodiki informasiya, hüquqi, maddi  və digər yardım növlərinin göstərilməsi və s.
Universitet Azad Həmkarlar İttifaqı Komitəsinin nəzdində aşağıdakı komissiyalar fəaliyyət göstərir:
1. Təşkilat komissiyası
2. Daxili nizam-intizam qaydalarına nəzarət komissiyası
3. Əmək haqqı, maddi-yardım komissiyası
4. Mənzil-məişət, mədəni-kütləvi və idman işlərinə nəzarət komissiyası
5. Əməyin mühafizəsi komissiyası
6. Əməkdaşların hüquqlarını müdafiəsi komissiyası
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin Təşkilatında hazırda 1133 nəfər həmkarlar üzvü vardır.
Həmkarlar İttifaqı Komitəsi işini yüksək səviyyədə qurmaq üçün ilk növbədə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə iş nəticəsində iş planını, komitənin smetasını müəyyənləşdirmiş və təsdiq etdirmişdir. Əldə olunan vəsait smetada nəzərdə tutulmuş təyinatlar üzrə xərclənir.
Həmkarlar təşkilatının işini yüksəltmək məqsədi ilə Universitet rəhbərliyi ilə həmkarlar ittifaqi komitəsi arasında kollektiv müqavilə bağlanmışdır. Müqaviləyə aşağıdakı müddəalar daxil edilmişdir:
1. Tərəflərin qarşılıqlı öhdəlikləri
2. Əməyin ödənilməsi qaydaları
3. Məşğulluq, kadr hazırlığı və ixtisasartırma
4. Əməyin mühafizəsi
5. Sosial inkişaf
6. İşçi sağlamlığının qorunması haqqında
7. Konpensasiyalar, güzəştlər
8. Məşğulluq
9. Həmkarlar İttifaqı komitəsinin fəaliyyətinə şəraitin yaradılması
Universitetin rəhbərliyi tərəfindən Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti üçün normal şərait yaradılmışdır. Hesabat dövründə rektorluğa qəbul edilən ərizə və şikayətlərin hər birinin həllində həmkarlar komitəsinin rəyi nəzərə alınır.