Tələbə Həmkarlar İttifaqı Komitəsi

Universitet Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Nizamnamələrini əsas götürmüşdür.

Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetdə elm və təhsilin yüksək səviyyədə təşkilində, nizam-intizamın möhkəmlənməsində, mədəni kütləvi tədbirlərin həyata keçirilməsində, tələbələrin asudə vaxtlarının səmərəli istifadə olunmasında iş planına uyğun olaraq ardıcıl işlər görür.

Parviz Adigozelov

Universitet Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Adıgözəlov Pərviz Mürşüd oğlu.

14 yanvar 1981-ci ildə Naftalan şəhərində anadan olmuşdur.

1998-ci ildə Goranboy rayon Xanqərvənd kənd orta məktəbini bitirmiş elə həmin ildə Azərbaycan Kənd Təsərüfatı Akademiyasının Ekologiya ixtisasına daxil olmuşdur.

2002-ci ildə həmin ixtisası bitirib və eyni ixtisasın magistratura pilləsinə qəbul olmuşdur.

2004-cü ildə ekologiya ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2005-ci ildən Gəncə Dövlət Universitetində əmək fəaliyyətinə başlamışdır.

2010-cu ildə GDU THİK-in sədri seçilmişdir.

Azərbaycan Elmi Tədqiqat İpəkçilk institunun dissertantıdır.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.