YAP GDU

Gəncə Dövlət Universitetində YAP GDU üzrə ərazi ilk partiya təşkilatı 1994-cü ildə təsis edilmişdir və 2001-ci ildən 2011-ci ilədək YAP GDU ərazi ilk partiya təşkilatına Psixologiya kafedrasının dosenti Tahir Ələkbərov sədrlik edib. 2011-ci ildən hal-hazıra kimi Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə sədrlik edir. Ərazi ilk partiya təşkilatının idarə heyəti aşağıdakı kimidir:

  1. Yusibov Yusif Əmiralı oğlu
  2. Cavadov Asif Şəmil oğlu
  3. Bağırzadə Cavid Vəkil oğlu
  4. Cəfərova Fazilə İlyas qızı
  5. Sadıqov Həsənbala Hənifə oğlu
  6. Qurbanəliyeva Sevda Firuddin qızı
  7. Şükürova Aynur Vəlican qızı
  8. Qasımova Samirə Firuddin qızı
  9. Nemətov Nazim Əsədulla oğlu
  10. Qazıyev Məmmədiyyə Tacəddin oğlu

YAP GDU ərazi partiya təşkilatının ümumi say 4929 nəfərdir. Onlardan 906 nəfər professor-müəllim, tədris köməkçi və texniki işçidir, 4013 nəfər isə tələbədir. Üzvlərdən 2500nəfərdən çoxunu qadınlar təşkil edir. İllər üzrə YAP GDU ərazi partiya təşkilatı üzvlərinin artımı aşağıdakı kimi olmuşdur.

1992-ci ildə-1    2001-ci ildə-393

1993-cü ildə-6    2002-cü ildə-456

1994-cü ildə-3    2003-cü ildə-415

1995-ci ildə-13   2004-cü ildə-152

1996-cı ildə 19    2005-ci ildə-91

1997-ci ildə 45  2006-cı ildə-249

1998-ci ildə 10    2007-ci ildə-213

1999-cu ildə 61    2008-ci ildə-452

2000-ci ildə -771 2009-cu ildə-504

2010-cu ildə -351   2011-ci ildə-429

2012-ci ildə -505  2013-cü ildə – 835

Ərazi ilk partiya təşkilatına üzvlərin sayının çoxluğunu nəzərə alaraq təşkilatın daxilində 8 fakültə və magistratura şöbəsi üzrə YAP fakültə təşkilatları yaradılıb.

2005-ci ildən Yeni Azərbaycan Partiyası Gəncə Dövlət Universitetində Qadınlar Şurası və YAP GDU Gənclər Birliyi fəaliyyət göstərir. YAP GDU Qadınlar Şurasının sədri professor Sevda Qurbanəliyeva, YAP GDU Gənclər Birliyinin sədri Pedaqoji fakültənin IV kurs tələbəsi Bağırov Elmir Səfdər oğludur.

1996-cı ildən tələbələr Heydər Əliyev irsinin öyrənilməsi və onların ideya-siyasi dünyagörüşünün formalaşması üçün GDU-da Heydər Əliyev məktəbi fəaliyyət göstərir.

Hər ay bu məktəbdə Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar məşğələlər keçirilir.Bunun nəticəsidir ki, iki ildir (2007- və 2008- ci illərdə) dalbadal universitetin YAP Gəncə şəhər təşkilatının keçirdiyi ,,Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışında qalib gəlmişlər və YAP Gəncə şəhər təşkilatının keçici bayrağını almışlar. Ulu Öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş idman yarışında da universitetin YAP üzvü olan gənclərindən təşkil edilmiş komanda 3-cü yerə çıxmış və YAP Gəncə şəhər Təşkilatının fəxri fərmanı və hədiyyəsi ilə təltif olunmuşlar.

2009- cu ildə ümumimili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əbədi yaşar komandan” adlı zona bilik yarışında universitetin YAP Gənclər birliyinin komandası qalib gəlmişdir.

2012-ci ildə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş bilik yarışında Gəncə Dövlət Universitetinin YAP fəalları qalib gəlmiş və YAP Gəncə şəhər Təşkilatının keçici bayrağını almışlar. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş YAP Gəncə şəhər Təşkilatının keçirdiyi mini futbol turnirində GDU-nun YAP üzvü olan gənclərindən ibarət komandası I yer qazanmışlar, fərman və hədiyyələrlə təltif edilmişlər.

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci il dönümü münasibətilə YAP Gəncə şəhər Təşkilatının keçirdiyi şahmat yarışında GDU-nun YAP gənclərindən təşkil edilmiş komandası II yerə çıxmış və YAP Gəncə şəhər Təşkilatının fərmanı və hədiyyələri ilə təltif edilmişdir.

YAP Gəncə şəhər Təşkilatının bütün tədbirlərində, konfranslarında GDU ərazi ilk partiya təşkilatın üzvləri fəal iştirak edirlər. YAP Gəncə şəhər Təşkilatı GDU ərazi ilk partiya təşkilatından YAP Gəncə şəhər təşkilatında, professor Sevda Qurbanəliyeva, professor Abbas Səmədov, əməkdar müəllim Mübariz Əliyev, professor Mübariz Yusifov, müəllim Rüstəm Bağırov Siyasi Şuranın üzvləridir.

2013-cü ildə keçrilən 90-cı il dönümünə həsr olunmuş YAP Gəncə şəhər Təşkilatının keçirdiyi mini futbol turnirində GDU-nun YAP üzvü olan gənclərindən ibarət komandası I yer qazanmışlar.

2014-cü ildə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş bilik yarışında Gəncə Dövlət Universitetinin YAP üzvü olan tələbələrimiz qalib gəlmiş və YAP Gəncə şəhər Təşkilatının keçici bayrağını almışlar.

Gəncə Dövlət Universitetinin YAP Gənclər Birliyi

Gəncə Dövlət Universitetində Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatı Gənclər Birliyi 2005 –ci ildən fəaliyyət göstərir. Hal-hazırda Birliyin sıralarında 4000-dən çox gənc təmsil olunur. Universitetin YAP Gənclər birliyinin 15 nəfərdən ibarət İdarə Heyətini və üzvlərini bakalavr, magistr tələbələr, doktorant və yaşı 30-dək olan gənc müəllimlər təşkil edir. 2007 –2013 cü illərdə GDU YAP Gənclər Birliyinin İdarə Heyətinin sədri Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının müəllimi Həsənov Elnur Lətif oğlu olmuşdur. Gənclər Birliyinin universitetdə 8 fakültə və magistratura şöbəsi üzrə fakültə təşkilatları mövcuddur. Birliyin üzvlərinin fəaliyyəti çox genişdir. Belə ki, 2007 və 2008- ci illərdə ABŞ-n Beynəlxalq Respublikaçılar İnstitutu və YAP-ın təşkilatçılığı ilə Gəncədə, sonra isə Bakıda keçirilmiş “Gənc liderlər” kursunun seminar – imtahanlarında Birliyin üzvləri fəallıq göstərmiş, təmsilçimiz Həmçinin, Gənclər Birliyi 2007 və 2008 ci illərdə “Heydər Əliyev irsini öyrənirik” adlı Gəncə şəhərindəki ali və orta ixtisas məktəbləri arasında keçrilmiş bilik yarışında iki dəfə qalibiyyət qazanaraq YAP-n keçici bayrağı və diplomlarla mükafatlandırılmışdır. Birliyin üzvləri ali məktəb tələbələrinin XII və XIII respublika fənn olimpiadalarında, bilik və idman yarışlarında yüksək uğurlar qazanmış, Azərbaycan Gənclərinin V Forumu, Azərbaycan Tələbələrinin I Ümumrespublika konfransında məruzələr etmiş, iştirakçı olmuşlar. YAP GDU Gənclər Birliyinin Yeni Azərbaycan Partiyasının yaranmasının 19-ci, 20-ci və 21-cu illik yubileyi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 və 91 illik yubileyi münasibəti ilə konfransı keçirilib. Gənclər Birliyi universitetdə tələbələrin, gənclərin könüllü olaraq kütləvi sürətdə partiya sıralarına qəbulu prosesini də həyata keçirir. 2011 -2013 cuü illər ərzində 2000-dən çox gənc YAP qəbul olunmuşdur ki, bu da şəhərimizin ali məktəbləri arasında ən yüksək göstəricidir. Hazırda YAP GDU ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Elmir Səftər oğlu Bağırovdur.

YAP GDU ərazi ilk partiya təşkilatının sədri :
Cavid Bagirov

Bağırzadə Cavid Vəkil oğlu 1977-ci il aprelin 4-də Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. 1999-cu ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Gəncə Dövlət Universitetinin Magistratura şöbəsinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ilin sentaybrından GDU-nun Azərbaycan tarixi kafedrasında müəllim, 2008-ci ilin yanvarından baş müəllim, 2014-cü ilin yanvarından isə dosenti işləyir. 2011-ci il oktyabrın 26-da YAP Gəncə Dövlət Universitetini ərazi ilk partiya təşkilatının sədri seçilmişdir. 2001-ci ilin may ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2013-cü ilin avqustundan Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının Siyasi Şurasının üzvüdür. Tarix üzrə fəlsəfə doktorudur.

“XX əsrin əvvəllərində Azərbaycanda soyqırım” Bakı 2001; “Difai partiyası: yaranması və fəaliyyəti” Bakı 2006., “Kaqankat (Kalankatuk) şəhərinin tarixi-arxeoloji oçerki” Bakı 2013; “Ağdərə IV-XIII əsrərdə (tarixi-arxeoloji tədqiqat)” Bakı 2014; “Gəncə şəhəri müstəqillik dövründə” Bakı 2014 adlı kitab, monoqrafiya, dərs vəsaitlərinin, 22 elmi məqalənin, 4 fənn proqramının müəllifidir.


YAP GDU ərazi ilk partiya təşkilatının sədr müavini:

Cəfərova Fazilə İlyas qızı 1981-ci il martın 15-də Qərbi Azərbaycanın Vardenis (Basarkeçər) rayonunun böyük Mərzə kəndində ziyalı ailəsində anadan olmuşdur.

1997-ci ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinə daxil olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsini bitirmiş, 2002-ci ildən Gəncə Dövlət Universitetinin dəftərxana şöbəsində çalışmışdır. Elə həmin ilin sonunda Həndəsə kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir. 2003-cü ildə Gəncə Dövlət Universitetinin Həndəsə kafedrasının Magistrtura şöbəsinə daxil olmuşdur və 2006-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildən Gəncə Dövlət Universitetində Heydər Əliyev adına muzeyin müdiri vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır.

İctimai işlərdə fəaldır və bu baxımdan 2004-cü il Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının gənclər birliyinin sədr müavini və daha sonra Gəncə Dövlət Universiteti YAP ərazi ilk partiya təşkilatının gənclər birliyinin sədri vəzifəsində çalışmışdır. 2005-ci ildən isə Gəncə Dövlət Universiteti YAP ərazi ilk partiya təşkilatının sədr müavini vəzifəsində çalışır.