Tələbə Gənclər Təşkilatı

TGT

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41 №li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün Ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı 12.05.2005-ci il tarixində təsis edilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) isə 20 noyabr 2009-cu ildə təsis edilmişdir. İttifaq qeyri hökumət, qeyri siyasi və qeyri kommersiya təşkilatıdır. İttifaqda Azərbaycanın 109 dövlət və özəl Ali Təhsil müsəssiələri birləşmişdir.
Tələbə Gənclər Təşkilatının yaradılmasının əsas məqsədləri sırasına daxildir:
Respublikamızın gənclərini müəyyən sahələrdə təşkilatlandırmaq, onların hüquqlarını müdafiə etmək, asudə vaxtlarını səmərəli təşkil etmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, gənclərimizi elmə, təhsilə yönəltmək və s. Qarşıya qoyulmuş məqsədləri yerinə yetirmək üçün Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı müxtəlif növ tədbirlər həyata keçirir.
Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə və ittifaqın əsasnaməsinə uyğun fəaliyyət göstərir. Təşkilatın emblemi, rəsmi məktub blankı və digər rekvizitləri vardır.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı 2012-ci il ərzinde regionda həyata keçirtdiyi tədbir və layihələr regionun ictimai- siyasi və mədəni həyatında iştirakına və
nəaliyyətlərinə görə <İLİN REGİON TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI > Mükafatı ilə təltif olunub.

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatına 13.05.2011-24.06.2014-ci il tarixləri müddətində Nigar Talıbova rəhbərlik etmişdir. VI hesabat- seçki konfransında Orxan Məmmədov yeni sədr seçilmişdir.

Orxan Mammadov

Məmmədov Orxan Natiq oğlu 1994-cü ilin martın 4 də Gəncə şəhərində anadan olub. 2001-ci ildə Gəncə şəhər Məhəmməd Hüseyn Şəhriyar adına 40 Nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. 2012 ci ildə həmin məktəbi Qızıl Medal ilə bitirib və həmin il yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat ixtisasına daxil olub.

Universitetə daxil olduğu ilk günlərdən Universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatında aktiv şəkildə fəaliyyət göstərməyə başlayıb. Fəaliyyət göstərdiyi müddətdə TGT Sədr müavini, daha sonra Gəncə Dövlət Universiteti YAP Gənclər Birliyi sədr əvəzi kimi universitetin, eləcə də şəhərin ictimai işlərində yaxından iştirak edib. 24 İyun 2014 cü ildə keçirilən VI Hesabat-Seçki konfransında Tələbə Gənclər Təşkilatının yeni Sədri Seçilib.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərkibi aşağıdakı kimidir.

5 nəfərdən ibarət idarə heyyəti, 5 nəfərdən ibarət Nəzarət Təftiş Komitəsi

Departament və ya şöbələr

1.İnsan Resursları departamenti

2.Beynəlxalq əlaqələr departamenti

3.Layihələr departamenti

4.Ümumi Şöbə

5.Elm-Təhsil departamenti

6.İctimaiyyətlə əlaqələr departamenti