Doktorantura və dissertantura şöbəsi

Doktorantura şöbəsində elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə 91 nəfər qeydiyyatdadır. Onlardan 20 nəfəri ödənişli, 71 nəfəri isə dövlət hesabına təhsil alır.doktorant və dissertantların 65 nəfəri qadın, 26 nəfəri isə kişilərdir.

Fəlsəfə doktoru proqramı üzrə 45 nəfər doktorant təhsil alır ki onlardan da 5 nəfəri əcnəbi vətəndaşlardır.Onlardan 24 nəfəri əyani, 21 nəfəri isə qiyabi olaraq müxtəlif ixtisaslar üzrə təhsil almaqdadır.Qadın doktorantların sayı 30 nəfər, kişilərin sayı isə 15 nəfərdir..Doktorantların 11 nəfəri ödənişli, 34 nəfəri isə dövlət hesabına təhsil alır.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada hal-hazırda 46 dissertant qeydiyyatdadır.Onlardan 35 nəfəri qadın, 11 nəfəri kişi dissertantlardır. Dissertantlardan 9 nəfəri ödənişli, 37 nəfəri isə dövlət hesabına təhsil alır.

2014-cü ildə 2 nəfərin dissertantlıq müddəti başa çatmışdır.

Elmlər doktoru proqramı üzrə 5 nəfər dissertant qeydiyyatdadır ki,onlardan 2 nəfəri xanım 3 nəfəri isə kişilərdir.

 

Yusifova Aysel Zabit qızı 2009-cu ildə Gəncə Dövlət Universitetinin Tarix –coğrafiya fakültəsinin Tarix-ictimaiyyət ixtisası üzrə bakalavr pilləsini və 2011-ci ildə Gəncə Dövlət Universitetinin Türk dünyası tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasına böyük laborant kimi işə başlamışdır. Hal hazırda Doktorantura şöbəsində işləyir. Bir elmi məqalə və iki tezis müəllifidir.

Ailəlidir