Əlilliyi olan tələbələr üçün mərkəz

logo-%c9%99lillik
Haqqımızda

Gəncə Dövlət Universiteti  bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirir. Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycan Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-Tempus layihəsini xüsusi qeyd etmək istərdim. Xəzər universitetinin koordinatorluq etdiyi bu layihədə universitetimiz artıq üçüncü ildir ki, tərəfdaş qismində öz işini uğurla davam etdirir. Universitetimizlə yanaşı respublikamızın digər nüfuzlu ali təhsil müəssisələri

  1. Xəzər Universiteti (koordinator)
  2. Gəncə Dövlət Universiteti
  3. Naxçıvan Dövlət Universiteti
  4. Azərbaycan Dövlət İqtisad Universiteti
  5. Sumqayıt Dövlət Universiteti
  6. Lənkəran Dövlət Universiteti

Yerli təşkilatlar:

  1. Azərbaycan Respublikası Təhsil Nazirliyi
  2. Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyi
  3. Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqıdır.

Avropaya inteqrasiya etdiyimiz bir dövrdə məhz beynəlxalq təcrübələrin öyrənilməsi məqsədi ilə layihəyə Avropanın nüfuzlu təhsil müəssisələri də cəlb olunmuşlar.

  1. Avstriya respublikası Qraz universiteti
  2. Polşa respublikası Lodz universiteti
  3. Yunanstan respublikası Makedoniya universiteti
  4. Niderland kraallığı Avropa insanlara Məsləhət mərkəzidir.

Layihədə başlıca amil  Əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirməkdən ibarətdir.

Məhz bu məqsədlə Qərb bölgəsində yerləşən ali təhsil müəssisələri içərisində məhz qərb bölgəsinin nüfuzlu ali  təhsil müəssisəsi olan Gəncə Dövlət Universiettində “Əlilliyi olan tələbələr üçün mərkəz”  fəaliyyətə başlamışdır.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun sərəncamı ilə İsmayılzadə Farizə Mobil qızı “Əlillyi olan tələbələr üçün mərkəz”ə direktor vəzifəsinə təyin olunmuşdur.

Məqsədimiz və missiyamız:

-Mərkəzin əsas məqsədi əlil tələbələrin ali təhsil müəssisələrinə təhsil imkanlarını və bütövlükdə onların təhsilə inteqrasiyasını təbliğ etməkdir.

-Əlil  tələbələrin təhsil imkanları və resurslarla təmin etmək;

-Əlil tələbələrin təhsilə cəlb edilməsi və motivasiyası;

-Könüllü olaraq əlil tələbələr üçün təlim kurslarının  təşkili;

-Eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsi;

-Əlillik haqqında maarifləndirmənin aparılması;

-Əlilliyi olan tələbələrin xüsusi istedad və qabiliyyətlərini aşkarlayıb, onların sosial və intelektual inkişaf üçün şərait yaratmalı;

Texniki dəstək: Avadanlıqlardan istifadə qaydaları

-Mərkəzdə Universitetdə təhsil alan əlil tələbələrə dəstək məqsədi ilə  könüllü tələbələrdən ibarət “Dəstək qrup”u fəaliyyət göstərir.

– Mərkəzdə əlil tələbələr psixoloq və pedaqoq xidmətləri ilə təmin olunmuşlar;

-Mərkəzdə  fakültə tyütorlarından ibarət işçi qrup fəaliyyət göstərir;

Tədbirlərimiz:

-Mərkəzin təşəbbüsü ilə Universitetdə təhsil alan əlil tələbələrlə universitet rəhbərliyinin görüşü keçirilmişdir;

-Əlillyi olan tələbələr üçün mərkəzin nəzdində fəaliyyət göstərən “Dəstək qrup”u üzvləri üçün maarifləndirmə xarakterli əlil tələbələrlə necə işləmək və onlara yanaşmalarla bağlı “İnklüziv və xüsusi təhsil anlayışı”  adlı seminar-təlim keçirilmişdir.


Mərkəzlə əlaqə
Gəncə Dövlət Universiteti əsas bina, otaq 22
Gəncə şəhəri, Heydər Əliyev prospekti, 429
e-mail: ismailzade.77@mail.ru