Əlavə təhsil fakültəsi

  • Dekan, prof. Zeynalov Zakir Mikayıl oğlu
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19 dekabr 2014-cü il tarixli 46-25-85-62/17 saylı razılıq məktubu Universitet Elmi Şurasının 29.01.2015-ci il tarixli (protokol 4) qərarı və rektorluğun 30.01.2015-ci il tarixli 5/32 saylı əmri ilə Gəncə Dövlət Universitetində pedaqoji kadırların ixtisasartırması, təkminləşdirilməsi və kadrların yenidənhazırlanma təhsilinin həyata keçirilməsi ücün mövcud ştatlar çərçivəsində  Əlavə təhsil fakültəsi yaradılmışdır.

Fakültənin nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə nizamnaməsi, iş planı, “Yenidənhazırlanma” ixtisasları üçün 22 adda “İxtisasartırma ”kursları üçün 53 adda tədris planları tərtib edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

2015/2016-cı tədris ilində yenidənhazırlanma təhsili üzrə  “Təhsildə Sosial Psixoloji xidmət”, “Xarici dil müəllimliyi” (ingilis dili) və “İnformatika müəllimliyi” ixtisaslarına müsahibə yolu ilə qəbul aparırmışdır. Həmin qruplarda təhsil alan dinləyicilər 2016 –cı ildə kursları müffəvəqiyyətlə bitirmişlər.

2016/2017 ci tədris ilində yenidənhazırlanma təhsili üzrə “Riyaziyyat müəllimliyi” “Fizika müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi ixtisaslarına dinləyicilər qəbul olmuşlar. Hazırda həmin qruplarda tədris prosesi davam edir.

Fakültədə 2015/2016-cı və 2016/2017-ci tədris illərində Universitetdə təkrar ali təhsil almaq istəyən vətəndaşların sənəd qəbulu aparılmışdır. Müsahibədən sonra  tələbə adını qazananlar hazırda təhsillərini davam etdirirlər.

Fakültədə dərslər təcrübəli professor müəllim heyəti tərəfindən tədris edilir .

Gəncə Dövlət Universitetinin Əlavə Təhsil fakültəsi Gəncə şəhəri Cavad bəy Rəfibəyli küçəsi 57 ünvanında,Universitetin V tədris korpusunda ikimərtəbəli binada yerləşir. Bina 25 otaqdan, o cümlədən dekanlıqdan,tədris auditoriyalarından, fənn kabinələrindən, metodist otağından, müəllimlər otağından kompüter otağından və s. ibarətdir. Fakültədə dərslər ikinci növbədə aparılır.

Hazırda fakültədə fəaliyyət göstərən 3 ixtisas qruplarında tədris proqramına uyğun 49 fənn tədris edilir. Əlavə Təhsil fakültəsinə dekan prof. Zeynalov Zakir Mikayıl oğlu rəhbərlik edir. Fakültə dekanının müavini vəzifəsində baş müəllim Əliyev Mübariz Museyib oğlu calışır. Binnətova Mətanət Vaqif qızı və Andı Günel Hüseyn qızı metodist vəzifəsində calışırlar.

Tel: (+99422)2642444