Tədris işləri üzrə prorektor

Tədris işləri üzrə prorektor, dosent Məmmədov Fəxrəddin Həsən oğlu

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
Tədris işləri üzrə prorektor, dosent Məmmədov Fəxrəddin Həsən oğlu

1950-ci ildə anadan olub. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alaraq riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır. 1973-cü ildən AMEA Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq.D.M.S.S.-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdirici işləyib. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. 1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb. 2002-ci ildən GDU-nin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən Riyaziyyat-informatika fakültəsinin dekanı işləyib. 8 aprel 2014-cü il tarixdən Gəncə Dövlət Universitetinin Tədris İşləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.

“Fərdi EHM və riyazi modellərin mühəndis məsələlərin həllinə tətbiqi”, “Adi diferensial tənliklər və mühəndis məsələlərinin riyazi modelləri”, “Kompüter riyaziyyatı” adlı dərs vəsaiti, 40 metodiki göstəriş və məqalənin müəllifidir.