Elmi nəşrlər şöbəsi

NƏŞRİYYAT ŞÖBƏSİ
ELMİ TƏDQİQAT İŞLƏRİNİN İNFORMASİYA TƏMİNATI
GDU-nun Nəşriyyat şöbəsi, Elmi hissənin nəzdində 1995-ci ildə yaradılmışdır. Elmi-tədqiqat işlərinin informasiya təminatının təşkilində nəşriyyat şöbəsinin böyük rolu vardır. Bu şöbənin yaradılması universitetdə bir yeniləşmə,  canlanma əmələ gətirdi. Nəşr istiqamətində yaranmış bu yeniləşmə, professor və müəllimlərin elmi işləri ilə, apardıqları elmi tədqiqatlarla bağlı informasiyalar nəşriyyat şöbəsinin xətti ilə yayımlanır və bu işlər məcmuələrdə öz əksini tapır.   Hər il universitetin “Elmi əsərlər” məcmuəsi, “Elmi xəbərlər”, “Professor – müəllimlərin, aspirant və gənc tədqiqatçıların elmi tədqiqat və yaradıcılıq işlərinin toplusu kimi jurnallar nəşriyyat şöbəsinin xətti ilə çap olunur. Şöbə öz işini Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlabat sistemində, təlimatların müddəaları əsasında qurmuşdur.
Nəşriyyat şöbəsi iş planına uyğun olaraq universitet üzrə kafedraların illik tematik planına dair hazırlanmış tədris proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin, monoqrafiyaların müvafiq kafedralarda, fakültə və universitet Elmi Şuralarında  geniş müzakirədən keçirilməsinə nail olur. Bundan sonra isə onlara müvafiq qaydada Respublika Təhsil Nazirliyindən qrif alınmasına və nəşrinə nəzarət edirlər.
Hər il universitetimizdə tələbə və magistrantların elmi konfransı keçirilir və bu konfransın materialları nəşriyyat şöbəsinin xətti ilə “Tələbə və magistrantların elmi –tədqiqat və yaradıcılıq işlərinin toplusu” kimi Universitetin Elmi Şurasının qərarı ilə çap olunur.
Gəncə Dövlət Universitetinin 25.09.2009 cu il tarixli 5/174 saylı əmrinə əsasən “Nəşriyyat və tipoqrafiya” şöbəsi yaradılmışdır. Şöbə lazımi avadanlıqlarla təchiz olunaraq işçi vəziyyətinə gətirilmişdir. Tipoqrafiya şöbəsi yaradıldığı gündən etibarən müntəzəm surətdə fəaliyyətdədir. Universitetə gərək olan blankların, tədris hissəsinə lazımi sənədləşmə üçün blankların çapı və çoxaldılması işlərini bu şöbə yerinə yetirir. Həmçinin, müəlim heyətinin kitablarının, dərs vəsaitlərinin, proqramlarının, mono¬qraf¬i¬ya¬la¬rı¬nın da nəşr olunması işini təbirincə yerinə yetirir.
Bundan başqa, şöbə dissertant və gənc tədqiqatçıların elmi-tədqiqatlarının nəticələrinin xarici ölkələrdə nəşri işinə də köməklik göstərir. Eləcə də respublikamızın digər elm ocaqlarından, qonşu Gürcüstandan gələn elmi-tədqiqat işlərinin yekunu olan elmi məqalələr Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş “Elmi Xəbərlər” jurnalında dərc olunur.
2014-cü hesabat ilində nəşriyyat şöbəsi professor müəllimlərin, aspirant və gənc tədqiqatçıların elmi məqalələrini əks etdirən “Elmi Xəbərlər” adlı yurnalın 3 nömrəsini çap etdirmişdir. GDU-nun Elmi Şurasının qərarı ilə çap olunmuş “Elmi Xəbərlər” Gəncə 2014/1, 2014/2, 2014/3,  – 19,68 ç.v., 20,8 ç.v., 19,6  – çap vərəqidir.
Hər il universitetimizdə tələbə və magistrantların elmi konfransı keçirilir. Konfransın materialları nəşriyyat şöbəsinin xətti ilə “Tələbə və magistrantların elmi konfransının materialları” №1, №2,  2014-cü il kimi  Universitetin  El¬mi Şurasının qərarı ilə çap olunmuşdur.
2014-cü ilin 05-06 iyun ayında “Riyaziyyat və İKT-nin tətbiq sahələri.Yenitədris texnologiyaları” adlı Beynəlxalq konfrans keçirilmişdir. Konfrans materialları universitetin tipoqrafiyasında nəşr edilmişdir. Konfrans materialları I-II hissədən ibarətdir. I hissədə 68 elmi məqalə çap olunub, 13,25 çap vərəqidir. II hissədə isə 59 elmi məqalə çap olunmuşdur, 11,6 çap vərəqidir.
2014-cü il 21-22 sentyabr ayında “Əsrin müqaviləsi” adlı konfrans keçirilmişdir. Bu konfrans “Əsrin müqaviləsi ” nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuşdur. Konfransda 15 elmi məqalə ilə çıxışlar olmuşdur. 8,8 çap vərəqidir.
2014-cü hesabat ilində “Ulu Gəncəm” ədəbi-bədii elmi-publisistik jurnalın nəşri də Universitetimizin tipoqrafiya şöbəsində həyata keçirilmişdir.
Bir neçə sifarişlər öz növbəsini gözləyir.
2014-cü ilin hesabatında Universitetin professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin informasiya təminatı respublika daxilində müxtəlif nəşriy¬yat-larda təmin olunmuşdur.
2014-cü ilin hesabatında Universitetin professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin informasiya təminatı respublika xaricində də müxtəlif nəşriyyatlarda yayımlanmışdır.
2014-cü hesabat ilində şöbə iş planına uyğun olaraq Universitet üzrə kafedraların illik tematik planına uyğun olaraq hazırlanmış tədris proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin, monoqrafiyaların uyğun kafedralarda, fakültə və universitet Elmi Şuralarında müvafiq qaydada geniş müzakirələrdən keçirilməsinə nail olmuşdur. Bundan sonra isə onların müvafiq qaydada Respublika Təhsil nazirliyindən qrif alınmasına və nəşrinə nəzarət etmişdir.