İnzibati təsərrüfat işləri üzrə prorektor

fexreddin hesenov

Gəncə Dövlət Universiteti İnzibati təsərrüfat işləri üzrə prorektor

Həsənov Fəxrəddin Şərif oğlu

10 noyabr 1958-ci ildə Qazax rayonu, Daş-Salahlı kəndində anadan olub. 1986-cı ildə S.Ə.Dadaşov adına Gəncə Baza İnşaat Texnikomunu bitirib, 1975-ci ildən 1990-cı ilə qədər M.D.Hüseynov adına Kirovabad xalça-mahud kombinatinda usta köməkçisi, daha sonra kombinatin nəzdində təmir tikinti sahəsinin rəisi vəzifəsində işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 1994-cü ildə isə Azərbaycan Texnologiya İnstitutunu bitirib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Qərb bölgəsi üzrə təmir – tikinti sahəsində rəis vəzifəsində işləyib. Hal- hazırda 02.10.2006–cı ildən Gəncə Dövlət Universitetində İnzibati təsərrüfat işləri üzrə prorektor vəzifəsində işləyir. Universitetin 70 illiyi münasibəti ilə “Qabaqcil təhsil işçisi” döş nişanına layiq görülüb.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir 2 övladı, 3 nəvəsi var.