YENİ BİR FİKRİM VAR

(Təşəbbüskarlıq müsabiqəsi)

“Müraciət Anketi” 

Print

Müsabiqə haqqında

Əldə edilən tədqiqatların nəticələrini sənayeyə tətbiq edərək cəmiyyəti və iqtisadiyyatı gələcəyə aparacaq sosial və texniki yeniliklər təqdim etməyi hədəfləyən Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamenti, müxtəlif elm çeşidliliyinə sahib olan universitetimizin ixtisaslı və gələcək vəd edən tələbə və akademik heyətinin iştirakı ilə sahibkarlıq şüurunun formalaşdırılması istiqamətində, parlaq fikirlərin uğurlu iş planına çevrilməsinə dəstək olmaq, biznes potensialı yüksək iş fikirlərinin həyata keçirilməsinə köməklik etmək məqsədilə “davamlı sosial innovasiya” layihəsi olaraq “YENİ BİR FİKRİM VAR” təşəbbüskarlıq müsabiqəsi elan edir.

“YENİ BİR FİKRİM VAR” təşəbbüskarlıq müsabiqəsi vasitəsi ilə iştirakçılar arasında hər hansı bir iş fikri olmayıb sadəcə özünü müəyyən sahə üzrə inkişaf etdirmək istəyən, xüsusi qabilliyətə malik olub sahibkar olmaq istəyən, fikri olub ancaq reallaşdıra bilməyən, sahibkar olub işini böyütmək istəyən iştirakçılara ticari məqsədlərinə nail olmaları üçün yeni fürsətlər yaradaraq sahibkarlıq mədəniyyətini təbliğ etdirmək və təşəbbüskarlarla investorlar arasında körpü olması hədəflənməkdədir.

Müsabiqədə iştirak şərtləri

Müsabiqədə hal-hazırda təhsil alan tələbələr, məzunlar və müəllim-professor heyəti fərdi və ya qrup halında həyata keçirmədikləri yenilikçi iş fikirlərini 15.01.2018-ci il tarixə kimi universitetin internet səhifəsində yerləşən “Müraciət Anketi”ni doldurmaq tələb olunur.

 

Müsabiqənin təqvimi

Müraciət tarixi: 05.12.2017 15.01.2018
Qiymətləndirmə: 16-22.01.2018
Finalçıların elanı: 23.02.2018
Finala hazırlıq: 24.01.-01.02.2018
Təqdimat və qaliblərin seçımı: 02.02.2018

Qiymətləndirmə meyarları

Fikirlərin qiymətləndirilməsi ilə əlaqədar əsas meyyarlar aşağıda göstərildiyi kimi olmasına baxmayaraq iştirakçıların xəyal və fikirlərinin məhdutlaşdırılmaması üçün fərdi təqdimatdan asılı olaraq bu meyyarlar şərti xarakter daşımaqdadır. Çünki, bizimlə birlikdə parlaq bir fikir, bütün meyyarların uğurlu bir harmonyası olacaqdır.

Qiymətləndirmə meyyarları aşağıdakı kimidir:

  1. Həll edilməyə çalışılan ehtiyac və vacibiyyət
  2. Problem ve ya ehtiyacı hansı səviyyədə həll etməsi
  3. Yenilikçilik
  4. Rəqabətçi fərqliləşdirmə
  5. Tətbiq ediləbilirlik və davamlılıq
  6. Uğurluluq ehtimalı
  7. Layihənin xüsusiliyi
  8. Məşğulluq yaratma potensialı
  9. Cəmiyyətə və ətraf mühitə təsiri
  10. Maliyyələşdirmə meyarları: Pul vəsaitlərinin hərəkəti, investisiya gəlirləri
  11. Məhsul vəya xidmətin bazar dəyərləndirməsi: bazara uyğunluq, müştəri yaratma gücü, bazar payı
  12. Müəssənin böyümə imkanları (şöbə açma, franchising v.s.)