Rektorluq

Gəncə Dövlət Universiteti, Rektor köməkçisiDSC_6189(1)
Nağıyev Elsevər Niyazi oğlu

 

25 may 1985-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1992-2003-cü illərdə Məmməd Əmin Rəsulzadə adına 17saylı orta məktəbdə oxumuş. 2003-2007-cü illərdə isə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin tarix ixtisasında bakalavriyyat  pilləsində təhsil almışdır. 2007-2008-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əmək fəaliyətinə 2011-ci ildən Gəncə Dövlət Universitetinin tədris metodika şöbəsində dispetçer vəzifəsində başlamışdır. 2011-2014-cü illər ərzində isə tədris işləri üzrə prorektor köməkçisi vəzifəsində çalışmışdır. 2013-cü ildə Türkiyə Respublikasında Fırat Universitetinin Sosial bilimlər bölümündə magistr səviyyəsinə daxil olmuşdur. 17.03.2014-cü il tarixdən Gəncə Dövlət Universitetinin Rektor köməkçisi vəzifəsində işləyir.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Əlaqə nömrələri: mobil: +994 055-483-93-10

iş:         022-256-23-12

faks:     022-256-73-13

e-mail: nagiyev.elsever@bk.ru

 


 

Gəncə Dövlət Universiteti, Rektor məsləhətçisiDSC_6186(1)
Kubışov İlqar Nadir oğlu

12 avqust 1971-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1978-1988-ci illərdə Maksim Qorki (indiki İsmət Qayıbov) adına 1 saylı orta məktəbdə oxumuş, 1988-1993-cü illərdə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstituda (indiki Azərbaycan Texniki Universiteti) Maşınqayırma ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1996-cı ildə Gəncə Dövlət Universitetinin tədris şöbəsində dispetçer vəifəsindən başlamışdır. 1997-2006-cı illər ərzində isə tədris işləri üzrə prorektor köməkçisi vəzifəsində çalışmışdır. İ.N.Kubışov 2006-2012-ci illərdə Rektor köməkçisi vəzifəsində, 2012-2014-cü illərdə isə Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında müəllim vəzifəsində işləmişdir. 2014-cü ilin aprel ayından Gəncə Dövlət Universitetində Rektor məsləhətçisi vəzifəsində çalışır.

Riyaziyyat üzrə fəlsəfə doktorudur.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Əlaqə nömrələri: mobil:+994-050-338-16-15

iş:         022-256-23-12

faks:         022-256-73-13

e-mail:   ilqar-gdu@ramler.ru