Tələbə Ombudsmanı

GDU Tələbə Ombudsman Mərkəzi Avropa Komissiyasının “Erasmus Plus” proqramı üzrə “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsinə uyğun olaraq Gəncə Dövlət Universiteti Elmi Şurasının 07. 02. 2018-ci il tarixli iclasında (protokol № 1) təsdiq edilib və Gəncə Dövlət Universiteti rektorunun 12. 02. 2018-ci il tarixli, 1/127 saylı əmrinə əsasən təşkil olunmuşdur.

Rashad Isgandarov

Ekspert konsultant Rəşad İsgəndərov Roman oğlu Gəncə Dövlət Universitetinin Elmi Şurasının 05.04.2018-ci il tarixli 3 saylı protokoluna və Gəncə Dövlət Universiteti rektorunun 09.04.2018-ci il tarixli 1/127 saylı əmrinə əsasən Tələbə Ombudsmanı təyin edilmişdir. Rəşad İsgəndərov ali hüquq təhsilli olub, problem və mübahisələrə obyektiv yanaşma, dinləmə qabiliyyəti olub əlaqəli fikir mübadiləsi bacarığına sahib olan, ünsiyyətcil insandır.

Tel:+994556568481    Email: ombudsman@gdu.edu.az

Tələbə Ombudsmanı nə edir?

  • Rahat mühitdə şikayətləri dinləyir və imkanları nəzərdən keçirir
  • Diqqətlə qulaq asır və qərəzsiz şərh verir
  • Tərəfləri hüquq və azadlıqları sahəsində maarifləndirir
  • Problem həll etmə bacarıqlarından istifadə etməklə mübahisələrin artmasının qarşısını alır
  • Tərəflərin qarşılıqlı qəbul edəcəyi nəticəni əldə etməsinə dəstək olur
  • Tərəfləri öz iradələri ilə razılığa gəlmələri üçün həvəsləndirir
  • Şəxsi məlumatı icazəsiz olaraq başqaları ilə paylaşmır.

Tələbə Ombudsmanina müraciət etmədən əvvəl bunlari bilməyiniz vacib şərtdir!

  • Şikayət və tələbləriniz haqqinda əlaqədar fakültə və ya universitet rəhbərliyinə müraciət etməlisiniz.
  • Hadisənin başvermə anindan 2 (iki) il müddət keçməməlidir.
  • Ombudsman Məhkəməyə müraciətə qədər məsələləri araşdırır.
  • Eyni şikayət mövzusu üzrə təkrar müraciət qəbul edilmir.
  • Şikayət və tələbləriniz ümumtəhsil sisteminə, inzibati idarəçilik və nizam-intizam siyasətinə uyğun olmalıdır.

 

Ombudsman infograhic

Tələbə Ombudsmanına müraciət et: