Ümumi prinsiplər və qiymətləndirmə sistemi

DAVAMİYYƏT: Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

 

FƏNNİN MƏNİMSƏNİLMƏSİ QAYDASI:

-Balların maksimum miqdarı – 100 bal

-Semestr ərzində toplanan maksimum bal – 50 bal

– Dərsdə davamiyyətə görə maksimum – 10 bal

– Tələbələrin sərbəst işinə görə maksimum – 10 bal

-Seminar (məşğələ) və laboratoriya dərslərinin nəticələrinə görə maksimum – 30 bal

Seminar dərslərində tələbənin jurnalda ən azı 3 (üç) qiyməti olduğu halda ona tədrisin bu növü üzrə ballar hesablanır. əks təqdirdə ona bal hesablanmır.

  1. İmtahan nəticələrinə görə maksimum – 50 bal
  2. Fənnin mənimsənilməsi qaydası:

Semestr ərzində imtahanın nəticəsinə görə toplanan balların cəmi 50-dən yuxarı olan tələbələr fənni mənimsəmiş hesab edilir.

TƏLƏBƏLƏRİN BİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ (Semestr ərzində və imtahanın nəticəsinə görə toplanan balların cəmi):

Qiymətləndirmə meyarları:

  • 51 baldan aşağı – “qeyri kafi” – F
  • 51 – 60 – “qənaətbəxş” – E
  • 61 – 70 – “kafi” – D
  • 71 – 80 – “yaxşı” – C
  • 81 – 90 – “çox yaxşı” – B
  • 91 – 100 – “əla” – A