XƏBƏRLƏR
Gəncə Dövlət Universitetinin prorektoru, əməkdar müəllim Gülsüm Fətəliyevanın “Ömür yolu” kitabının təqdimatı keçirilib
Gəncə Dövlət Universitetinin Nizami Gəncəvi adına iclas zalında “Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, əməkdar müəllim, dosent Gülsüm Fətəliyevanın müəllifi olduğu “Ömür yolu” adlı sənədli-publisistik kitabının təqdimatı olub. Təqdimat mərasimində millət vəkili, universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Tədris işləri üzrə prorektor Şahin Xurşudov, […]
GDU-nun əməkdaşları “Ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi çərçivəsində təlimdə iştirak ediblər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim baş tutub. Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bilik və bacarıqların artırılmasıdır. Təlimçi Gülşən Bayramova tərəfindən ali təhsildə […]
GDU-nun tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisasının tələbələri – İsmayıl Carçıyev, Səma Qasımova və Fuad Sarıyev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramına qəbul üçün keçirilən müsabiqədə uğur qazanıblar. Tələbələrimiz mübadilə proqramı çərçivəsində bir ay müddətində Almaniyada təşkil ediləcək yay məktəblərində təcrübə keçmək şansı əldə ediblər. Müsabiqədə iştirak edən digər tələbələrimiz […]
GDU-da Gənc Kimya Müəllimləri Birliyi tərəfindən təlim keçirilib
Gənc Kimya Müəllimləri Birliyi tərəfindən Gəncə Dövlət Universitetində “Müasir resurlar” adlı təlim keçirilib. Təlimdə universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Təlim zamanı Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyətindən söhbət açılıb, virtual laboratoriya, veb alətləri, elektron vasitələrin […]
Bu gün akademik Zərifə xanım Əliyevanın anım günüdür
Aprelin 15-də dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 39 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə xanım Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dövlətimizin başçısına görülən […]
Gəncə Dövlət Universitetində STEAM laboratoriyasının açılışı olub
Gəncə Dövlət Universitetində (GDU) STEAM laboratoriyasının açılışı olub. Açılış tədbirində universitet rəhbərliyi, şöbə müdirləri, fakültə dekanları və kafedra müdirləri iştirak ediblər. Universitetin rektoru Yusif Yusibov çıxış edərək bildirib ki, tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, tələbələr arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsi ali təhsil ocağında əsas […]
RAMAZAN BAYRAMINIZ MÜBARƏK
Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət və həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən […]
Filologiya fakültəsinin buraxılış kurs tələbələri istehsalat təcrübəsində iştirak edirlər
2023/2024-cü tədris ilində Gəncə Dövlət Universitetinin buraxılış kurs tələbərinin pedaqoji internatura və istehsalat təcrübəsi uğurla davam edir. Gəncə Dövlət Universiteti ilə Gəncə şəhərində yerləşən müəssisələr arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında Filologiya fakültəsinin Filologiya ixtisasının ıv kurs tələbələri Mir Cəlal Paşayev adına Ev Muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, İsrafil Məmmədovun Ev Muzeyində və […]
Azərbaycan və Konqo çoxtərəfli əməkdaşlığa start verir
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk rəsmi səfəri ölkəmizin Arfika qitəsi ilə əməkdaşlığında yeni səhifə açdı. İki ölkə arasında əməkdaşlığa dair Bəyannamənin imzalanmasından sonra mətbuata açıqlamasında bu səfərin tarixi önəminə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir məqamı xüsusi vurğuladı. Dövlətimizin başçısı qeyd edib ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış […]
GDU-da “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək mövzunun aktuallığından söz açıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional […]
GDU-nun 6 əməkdaşı “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub
I Qarabağ müharibəsinin veteranı olan Gəncə Dövlət Universitetinin 6 əməkdaşı – Hüseynov Fikrət Bəhlul oğlu, Bəxtiyarlı Hüseyn Əlisahib oğlu, Abbasov Zəfər Duman oğlu, Kazımov Bəhman Qafar oğlu, Tağıyev Gəncəli Kazım oğlu və Quliyev Telman Qəhrəman oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub. Təltif olunan əməkdaşlara […]
ELANLAR
2024-cü il üçün doktoranturaya və dissertanturaya fəlsəfə doktoru proqramları üzrə qəbul elan edilir
Qəbul qaydaları haqqında məlumatı GDU-nun doktorantura və dissertantura şöbəsindən almaq olar. Əlavə olaraq bildirilir ki, doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 16 aprel tarixindən başlayaçaqdır. Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun son tarixi 15 may 2024-cü ildir (fəlsəfə fənni üzrə imtahan 2024-cü il sentyabrın 2, 3, 4-də, ixtisas imtahanı isə 2024-cü il sentyabrın 9, 10 və 11-də keçiriləcəkdir).
Ünvan: AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti 429.
Tel: (+99222) 266-01-88 Elm və innovasiyalar üzrə prorektorluq
İZTECH TÜBİTAK ÇƏRÇİVƏSİNDƏ BEYNƏLXALQ FAKÜLTƏLƏRİ, BEYNƏLXALQ GÖRKƏMLİ TƏDQİQATÇILARI VƏ İLKİN MƏRHƏLƏ TƏDQİQATÇI PROQRAMLARINI QƏBUL EDİR
Beynəlxalq Görkəmli Tədqiqatçılar Proqramı öz sahələrində yüksək səviyyəli elmi və/və ya texnoloji nailiyyətlərlə gündəmə gələn və beynəlxalq mühitdə işləmək təcrübəsi olan uğurlu tədqiqatçıların Türkiyədə tədqiqat aparmalarını təşviq etmək məqsədi daşıyır. Proqram öz sahələrində yüksək səviyyəli elmi və/və ya texnoloji nailiyyətlərlə gündəmə gələn və beynəlxalq mühitdə işləmək təcrübəsi olan 40 yaşdan aşağı gənc tədqiqatçıların Türkiyədə araşdırma aparmağa təşviq etmək məqsədi daşıyır.
Proqramlara daxildir:
• Koordinator üçün təqaüd
• Ailə müavinəti (əgər varsa)
• İlkin tədqiqat qrantı
• Tədqiqat layihəsi qrantı
• Tədqiqat qrupunun yaradılması üçün nəzərdə tutulan qrant (5-ə qədər magistr və doktorantura tədqiqatçıları üçün təqaüd, layihənin koordinatoru Türkiyədə araşdırma aparmaq üçün tədqiqat qrupuna qatılacaq)
• Layihə çərçivəsində iştirak edən tədqiqatçılar üçün Həvəsləndirici Bonus
tədqiqat layihəsinin əhatə dairəsi
• Qəbul edən təşkilat üçün institusional hissə ehtiyatı
• Koordinator və onun ailəsi üçün tibbi sığorta
• Koordinator və onun ailəsi üçün səyahət pulu
• Mentorluq dəstəyi
İzmir Texnologiya İnstitutu unikal təhsil, elm, texnologiya, innovasiya və sahibkarlıq ekosistemində qabaqcıl tədqiqat infrastrukturu ilə yüksək ixtisaslı və gənc alimləri qəbul etməkdən məmnundur.
Bizimlə əlaqə saxlaya bilərsiniz:
Tədqiqat və innovasiyaların gələcəyini formalaşdırmaqda bizə qoşulun. 354 laboratoriyamızı, İnteqrasiya Tədqiqat Mərkəzlərimizi (https://tam.iyte.edu.tr/en/) və əməkdaşlıq şəbəkəmizi kəşf edin.
Ətraflı məlumat üçün internet saytımıza daxil olun: https://en.iyte.edu.tr/
Sizi həmçinin aşağıdakılar vasitəsilə əlaqəli videolarımıza baxmağa dəvət edirik:
Təcrübəniz tədqiqat məqsədlərimizi inkişaf etdirmək üçün çox vacibdir və sizə bu fürsəti öz şəbəkənizdə paylaşmağı tövsiyə edirik. Gəlin birlikdə qlobal mükəmməllik icması quraq. Son müraciət tarixi 30 aprel 2024-cü ildir.
İZTECH HAQQINDA:
İzmir Texnologiya İnstitutu (İZTECH) Türkiyənin 200-dən çox ali təhsil müəssisəsi arasında “Ən yaxşı 5 Araşdırma Universitetindən biri” kimi seçilərək, müəllim başına düşən məqalələrin sayına görə birinci yerdədir.
İZTECH-in strateji məqsədlərindən biri öz mövqeyini Avropa Tədqiqat Sahəsində aparıcı akademik qurum kimi yüksəltməkdir.
İngilis dili təmayüllü universitet olan İZTECH hazırda
19 ixtisas üzrə 18 bakalavr, 29 magistr və 19 ixtisas üzrə 15 doktorantura proqramlarını əhatə edən Mühəndislik, Elm və Memarlıq fakültələri mövcuddur.
Hazırda 6769 tələbə, o cümlədən 1471 aspirant təhsil alır.
İZTECH bu yaxınlarda insan resursları strategiyasını təkmilləşdirməkdə göstərdiyi səylərə görə HRS4R mükafatı ilə Avropa Komissiyası tərəfindən tanınıb və Türkiyədəki üç EURAXESS Mərkəzindən biridir.
İZTECH 80%-i tədqiqat və inkişaf məqsədləri, 20%-i isə təhsil məqsədləri üçün nəzərdə tutulmuş 354 laboratoriyaya sahibdir.
Bütün laboratoriyalar müxtəlif sahələrdə təhsil, tədris və tədqiqat aparmaq üçün müvafiq texnologiya ilə təmin edilmişdir.
İZTECH-in İnteqrasiya edilmiş Araşdırma Mərkəzləri (İRM) (https://tam.iyte.edu.tr/en) 6250 m2 sahədə yerləşən Türkiyənin ən təchizatlı və səlahiyyətli tədqiqat mərkəzlərindən biridir. IRC Ekoloji İnkişaf ARC, Geotermal Enerji ARC, Biotexnologiya və Biomühəndislik ARC, Milli Kütləvi Spektrometriya ARC, Külək Enerjisi Meteorologiya ARC və Davamlı Təhsil Mərkəzi daxil olmaqla səkkiz fərqli Tətbiq və Tədqiqat Mərkəzini (ARC) özündə birləşdirir.
İZTECH haqqında daha ətraflı məlumat üçün zəhmət olmasa vebsaytımıza müraciət edin:
“Müasir elmin inkişafı: nəzəri və empirik təhlildə təcrübə”
Hörmətli həmkarlar!
Sizi “Müasir elmin inkişafı: nəzəri və empirik təhlildə təcrübə” adlı kollektiv monoqrafiyanın həmmüəllifi olmağa dəvət edirik. Materialların təqdim edilməsi üçün son tarix 24 mart 2024-cü ildir (daxil olmaqla). 15 və daha çox səhifəlik əsərlər qəbul edilir. Hər bir əsər monoqrafiyanın ayrıca fəslində təqdim olunacaq.
Nəşr müddəti: 7 gün.
Nəşr şərtləri:
Monoqrafiyanın tam mətninin Crossref-də pulsuz yerləşdirilməsi və DOI-nin təyin edilməsi e-LIBRARY-də pulsuz tam mətnli yerləşdirmə (müqavilə No. 467-03/2018K) ictimai sahədə Monoqrafiyanın müəllifinin pulsuz sertifikatı və hər bir müəllif üçün nəşr sertifikatı QOST-a uyğun qeydiyyat, UDC, BBK, ISBN təyin edilməsi, tirajı 500 nüsxə. Kitabxanada dövlət qeydiyyatı da olacaqdır.
Nəşr: 120 rub. – 1 səhifə
Monoqrafiya haqqında ətraflı məlumat bu lində əldə edə bilərsiniz: https://sciencen.org/novaja-nauka-monografii/actual-science/
Nəşriyyat: “NEW SCIENCE”, “Publishers International Linking Association” Elmi Ədəbiyyat Naşirlərinin Beynəlxalq Assosiasiyasının üzvü.
Digər mövzularda nəşrin mümkünlüyü haqqında məlumat əldə edin https://sciencen.org/novaja-nauka-monografii/grafik-monografij/
Hörmətlə,
müavini Ç. Redaktor
K.A. Mixaylova, t.ü.f.d.
office@sciencen.org
+7(911)41-077-47
KONFRANS ELANI
Moskva Dövlət Mədəniyyət İnstitutu, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gəncə Dövlət Universitetinin birgə təşəbbüsü ilə təşkil olunan “Pedaqogika və psixologiyanın aktual problemləri” adlı IX Beynəlxalq elmi-praktik konfransda sizi iştirak etməyə dəvət edir.
Qeyd edək ki, konfrans 15-16 aprel 2024-cü ildə Moskva Dövlət Mədəniyyət institutununda təşkil olunacaqdır. IX Beynəlxalq konfransın mövzusu “Ümumi pedaqoqika və psixologiyanın aktual problemlərinə” həsr olunmuşdur.
Konfransda iştirak etmək üçün aşağıdakı şəxslər dəvət olunur: universitet və kolleclərin professor-müəllim heyəti, elmi işçilər, aspirantlar, ali təhsil müəssisələrinin magistrantları və tələbələri.
Konfransın işçi dili rus dilidir.
Konfransa təqdim olunan məqalələr beynəlxalq standartlara uyğun olmaqla 5-6 çap səhifədən ibarət olmalıdır. Məqalələrin tezisləri kitabca şəklində dərc olunaraq konfrans istirakçılarına təqdim olunacaq. Konfransın nəticələrinə əsasən RISC elibrary.ru saytında indeksləşdirilən elmi məqalələr toplusu nəşr olunacaq. Təqdim olunan bütün məqalələr antiplagiat olub-olmaması yoxlanılacaq. Məqalənin orijinallığı ən azı 70% olmalıdır (istinadlar siyahısı ilə birlikdə).
Əgər məqalə tələbə, magistrant və ya aspirant tərəfindən yazılıbsa, ərizə və məqalənin özündən əlavə elmi rəhbərin rəyi də göndərilməlidir.
Materialları dərc etmək üçün sizə aşağıdakılar lazımdır:
1. İştirak üçün ərizə doldurun
2. Məqaləni (nümunəyə bax) masante@mail.ru elektron poçtu vasitəsilə 15 mart 2024-cü il tarixinədək göndərin.
Koreya Respublikası 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir
Ümumi məlumat
Ölkə: Koreya Respublikası
Təhsil səviyyəsi: magistratura, doktorantura və tədqiqat sahəsi
Yaş həddi: magistratura və doktorantura 40 yaşa qədər,
tədqiqat sahəsi üzrə 45 yaşa qədər
Müddəti doktorantura (1+3 il),
magistratura (1+2 il), tədqiqat sahəsi (6 ay/1 il)
Kvota: 6 nəfər
Maliyyələşmə: aylıq təqaüd, təhsil haqqı, dil kursu (koreya dili), yol xərci, yataqxana xərci, tibbi sığorta, tədqiqat xərcləri
Dil bilikləri: koreya və ya ingilis (TOPIK/TOEFL/ IELTS)
Son tarix: 07.03.2023
Təqaüd proqramı haqqında müvafiq keçiddən və qeyd olunan linkdən (https://www.studyinkorea.go.kr/) məlumat əldə edə bilərsiniz.
Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməli, suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər.
Əlaqə vasitələri: azeremb@mofa.go.kr / +99412 596 79 01
“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı Beynəlxalq elmi konfrans
03-04 may 2024-cü ildə Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda elmi konfrans keçiriləcək.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
- Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu;
- Müasir kimyanın aktual problemləri;
- Müasir biologiyanın aktual problemləri;
- Müasir iqtisad elmlərinin aktual problemləri;
- Müasir fizikanın aktual problemləri;
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 10 mart 2024-cü ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 10 mart 2024- cü il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 03 may 2024- cü il;
Konfransın təntənəli açılış mərasimi 03 may 2024- cü il;
Bölmə iclasları 03-04 may 2024-cü il;
Konfransın bağlanış mərasimi 04 may 2024-cü il.
FORMA 1. Məqalənin tərtibi qaydaları
- Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
- Xülasə: Azərbaycan, rus, ingilis dili.
- Konfransa problem xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
- Məqalə tərtib qaydalarına cavab verməsə çap olunmayacaq.
Materialların strukturu:
- Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
- Təşkilat və şəhərin adı-adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88.