XƏBƏRLƏR
Gəncə Dövlət Universiteti “Erasmus+ DIRNA” layihəsinin təlimində təmsil olunub
Gəncə Dövlət Universiteti tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi” (DIRNA) adlı “Erasmus+” layihəsi çərçivəsində İtaliya Respublikasının Laquila şəhərində təlim proqramında təmsil olunub. Xəzər Universitetinin koordinatorluğu ilə davam edən layihə çərçivəsində Türkiyədə İzmir Yüksək Texnologiya İnstitutunun, Azərbaycanda tərəfdaş ali təhsil müəssisələrindən – Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Dövlət Gömrük Komitəsinin […]
Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şura öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov Psixologiya kafedrasının dosenti Cəfər İbrahimova GDU-nun Fəxri professoru diplomunu təqdim edib, ona elmi fəaliyyətində uğurlar arzulayıb. Sonra Elmi Şura öz işinə başlayıb. Rektor iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. […]
Novruz bayramı milli bayramımız və milli sərvətimizdir
Novruz bayramı milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür. Təbiətin oyanış fəsl, yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el […]
GDU-nun fakültələrində Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər, Filologiya, Xarici dillər, Pedaqoji, Tarix-coğrafiya, İqtisadiyyat-idarəetmə fakültələrində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Universitetin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bayramın qədim ənənələrindən danışıb, bu bayramın özünəməxsus xüsusiyyətlərindən söz açıb. Vurğulayıb ki, Novruz bayramı xalqın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzidir. Milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında Novruz […]
GDU-da səməni festifalı keçirilib
Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib. Universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. Rektor bildirib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması […]
GDU-nun əməkdaşları Türkiyənin Gəncədəki Baş Konsulluğunda
Gəncə Dövlət Universitetinin əməkdaşları- elmi katib Seymur Meşaik və hazırda Gazi Universitetində doktoranturada təhsil alan Yusif Məlikov Türkiyənin Gəncədəki Baş Konsulluğunun qonağı olub. Görüşdə Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələrindən və Türkiyə universitetləri ilə akademik əməkdaşlıqdan geniş danışılıb. GDU ilə Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar […]
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Bu il COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir. Ətraf mühitin qorunması amilləri Gəncə Dövlət Universitetinin 2023-2028-ci illər üçün olan Strateji planında da əks olunmuş, “Yaşıl artım” prinsiplərinin dəstəklənməsi və iqlim dəyişikliyi ilə mübarizə aparılması məqsəd kimi qeyd edilmişdir. Şəhərlər və regionlar üçün […]
GDU-da “İnklüziv Təhsil Səfirləri” layihəsi çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili qrant müsabiqəsi”nin qalibi Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi tərəfindən “İnklüziv Təhsil Səfirləri” layihəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə və Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxış […]
GDU-nun professor-müəllim heyəti Göygöldə görüş keçiriblər
Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Göygöl rayon Təhsil sektorunda 30-a yaxın orta ümumtəhsil məktəbinin direktorları və yuxarı sinif şagirdləri ilə görüş keçiriblər. Göygöl rayon Təhsil sektorunun metod bölməsinin rəhbəri Afət Ələkbərova çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da […]
GDU-nun dosenti 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə ustad dərsi keçib
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Leksika və ölkəşünaslıq kafedrasının dosenti Allahverdi Həmidov Gəncə şəhəri 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə XI sinif şagirdlərinə ustad dərsi keçib. Ustad dərsində orta məktəbin rəhbərliyi, ingilis dili müəllimləri, GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və yuxarı sinif şagirdləri iştirak ediblər. Məruzəçi Allahverdi Həmidov […]
Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir
Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə […]
GDU-da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Gəncə Dövlət Universitetində (GDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Universitetin rektoru Yusif Yusibov ali təhsil ocağının xanım əməkdaşlarını və tələbələrini bayram münasibətilə təbrik edib, qadınların cəmiyyətdəki önəmli mövqeyindən danışıb. Rektor Yusif Yusibov bildirib ki, Ümummilli Lider Heydər Əliyev qadınlara daim yüksək dəyər verib, qadın hüquqlarının qoruması və ictimai fəallığının təşkili […]
ELANLAR
“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı Beynəlxalq elmi konfrans
03-04 may 2024-cü ildə Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda elmi konfrans keçiriləcək.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
- Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu;
- Müasir kimyanın aktual problemləri;
- Müasir biologiyanın aktual problemləri;
- Müasir iqtisad elmlərinin aktual problemləri;
- Müasir fizikanın aktual problemləri;
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 10 mart 2024-cü ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 10 mart 2024- cü il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 03 may 2024- cü il;
Konfransın təntənəli açılış mərasimi 03 may 2024- cü il;
Bölmə iclasları 03-04 may 2024-cü il;
Konfransın bağlanış mərasimi 04 may 2024-cü il.
FORMA 1. Məqalənin tərtibi qaydaları
- Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
- Xülasə: Azərbaycan, rus, ingilis dili.
- Konfransa problem xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
- Məqalə tərtib qaydalarına cavab verməsə çap olunmayacaq.
Materialların strukturu:
- Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
- Təşkilat və şəhərin adı-adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88.
YAY MƏKTƏBİ 2024
Tarix: 4-13 avqust 2024-cü il
Məkan: Dauqavpils, Latviya
Yay məktəbində xarici ali təhsil müəssisələrinin bakalavr, magistr, doktorant, akademik və elmi işçiləri iştirak edə bilərlər.
Beynəlxalq Latviya Dili və Mədəniyyəti Yay Məktəbi “Latviyanın Mədəniyyət Kanonu” iki hissədən ibarətdir: Latviya dilinin öyrənilməsi və Latviya Mədəniyyəti Kanonşünaslığı.
Kursu bitirən tələbələrə davamiyyət sertifikatı (6 AKTS) veriləcək.
Bu Yay Məktəbi mədəni kanon anlayışı, onun mədəniyyət hadisələrinin qiymətləndirilməsi və təsnifatına uyğunlaşdırılması haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır. Yay məktəbi mədəni dəyərlərin institusionallaşdırılması üçün bir vasitə kimi Latviyanın mədəni kanonuna diqqət yetirir. Proqram A1 səviyyəsində Latviya mədəni dəyərləri və Latviya dili bacarıqlarının inteqral öyrənilməsini təklif edir.
Yay məktəbi üçün 10 təqaüd mövcuddur. Yay məktəbində ödənişli yollarla da iştirak etmək mümkündür.
Təqaüd haqqı seminarlar, sahə tədqiqatları, öyrənmə turları, bütün mədəni fəaliyyətlər, qalma, və ərazidə nəqliyyat vasitələrindən istifadəni qarşılayır.
Səyahət, viza və sığorta xərcləri iştirakçıların özləri tərəfindən ödənilməlidir.
Hazırda aprelin 1-dək dövlət təqaüdü müsabiqəsi aktivdir. Yay məktəbində ödənişsiz də iştirak etmək mümkündür.
Proqram haqqında daha çox məlumatı veb saytımızdan əldə edə bilərsiniz: http://summerschool.mozello.lv/
Əlavə məlumat üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.
Hörmətlə,
Yay Məktəbi Komandası,
Latviya Araşdırmaları Mərkəzi, Latviyanın Mədəniyyət Kanonu, Daugavpils Universiteti.
GDU-da EDUMAN proqram təminatının tətbiqinə başlanılması ilə əlaqədar universitetin professor-müəllim heyyəti üçün təlimlərə start verilir
İnformasiya resurslarının formalaşması şöbəsi
Gəncə Dövlət Universitetində Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması məqsədi ilə EDUMAN proqram təminatının tətbiqinə başlanılmışdır. Bu səbəbdən 5 fevral 2024-cü il tarixdən etibarən universitetin professor-müəllim heyyəti üçün təlimlərə start verilir. Təlimlər Gəncə Dövlət Universitetinin Əsas tədris binasında – İnnovasiyalar Departamentinin Akt zalında keçiriləcək.
EduMan – “Təhsil İdarəetmə Sistemi” üzrə təlim planı
- Fənn kataloqu
- Akademik qrup, Fənn üzrə qrup, Fənn üzrə yarımqrup
- Tədris planı, Təqvim planı
- Elektron Jurnal
- Kabinetlər
- Hesabatlar
- Fənn kataloqu menyusu haqqında ümumi məlumat – 2 dəqiqə
- Akademik qrup, Fənn üzrə qrup, Fənn üzrə yarımqrup menyusu haqqında ümumi məlumat – 2 dəqiqə
- Tədris planı, Təqvim planı menyusu haqqında ümumi məlumat – 2 dəqiqə
- Elektron Jurnal menyusu haqqında ümumi məlumat – 10 dəqiqə
Jurnala qiymətlərin əlavə edilməsi – 5 dəqiqə
Sərbəst işlərin əlavə edilməsi-5 dəqiqə
Laboratoriya işlərinin əlavə edilməsi-5 dəqiqə
İmtahan qiymətlərinin əlavə edilməsi – 3 dəqiqə
- Müəllim kabineti haqqında ümumi məlumat – 10 dəqiqə
- Hesabatlar modulu haqqında ümumi məlumat – 10 dəqiqə
Eduman – “Təhsil İdarəetmə Sistemi” üzrə təlim qrafiki
№ | Fakültə | Təlim günü – saatı |
1 | Kimya – biologiya | 05.02.2024 – 10.00 |
2 | Filologiya | 05.02.2024 – 15.00 |
3 | Riyaziyyat – informatika | 06.02.2024 – 10.00 |
4 | Fizika və texniki fənlər | 06.02.2024 – 15.00 |
5 | Pedaqoji | 08.02.2024 – 10.00 |
6 | Xarici dillər | 08.02.2024 – 15.00 |
7 | Magistratura şöbəsi | 08.02.2024 – 15.00 |
8 | İqtisadiyyat və idarəetmə | 09.02.2024 – 10.00 |
9 | Tarix-coğrafiya | 09.02.2024 – 15.00 |
«Gəncə Dövlət Universitetinin məzunlar tərəfindən qiymətləndirilməsi» sorğusu
Hörmətli məzunlar!
Bu sorğu, universitetimizdə təlim və tədris prosesini, inzibati idarəetmə xidmətini və keyfiyyəti yüksəltmək məqsədi ilə aparılan qiymətləndirmə işlərinin önəmli bir parçasıdır. Sorğu anketində yer alan suallara səmimi və ürəkdən verəcəyiniz cavablar, tələbələrə və sizlərə daha keyfiyyətli xidmət göstərməyimizə yardımçı olacaqdır. Xahiş edirik sorğuda iştirak edəsiniz və bütün sualları diqqətlə cavablandırasınız.
Dəyərli vaxtınızı ayırdığınız və fikirlərinizi bildirdiyiniz üçün təşəkkür edirik.
“Universidad Católica San Antonio de Murcia” Universitetində (2023-2024) qısa müddətli təcrübə proqramı
Hörmətli Administrativ heyət,
Gəncə Dövlət Universiteti Erasmus+ KA1 beynəlxalq kredit mobilliyi proqramı vasitəsilə İspaniyanin “Universidad Católica San Antonio de Murcia” Universitetində (2023-2024) qısa müddətli təcrübə keçmək üçün müraciətlərin qəbul olunduğunu elan olunur. Heyət həftəsi 22-25 aprel 2024-cü ildə baş tutması gözlənilir.
Erasmus+ Universidad Católica San Antonio de Murcia müraciət prosedurlarını aşağıdakı kimidir:
Administrativ heyət üçün tələb olunan sənədlər:
- Europass CV (Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Zəhmət olmasa, linkdəki “Europass CV” şablonundan istifadə edilməsi tövsiyyə olunur: https://europass.cedefop.europa.eu/en/documents/curriculum-vitae/templates-instructions.iehtml;
- Pasport
- Motivasiya məktubu
- İngilis dili biliyi sənədi (TOEFL, IELTS, Universitetin ingilis dili imtahanı, YDS, YOKDIL və ya ÖSYM tərəfindən qəbul edilən imtahanlar)
- Namizədlər Universitetin aidiyyatı komissiyasından müsahibədən keçməlidirlər (Burada ingilis dil biliyi və fəaliyyəti qiymətləndiriləcəkdir).
Müraciət və əlavə məlumat üçün kontaktlar :
E-mail: info@gdu.edu.az
Təqaüd: Xərclər UCAM San Antonio de Mursiya Universitetinin layihə büdcəsi tərəfindən qarşılanacaqdır.
Ərizənin göndərilməsi üçün son tarix 31 yanvar 2023-cü ildir.
Bakalavriat təhsil səviyyəsində əyani və qiyabi formada təhsil alan tələbələr üçün 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında test formasında keçiriləcək imtahanlara dair təlimat
Əziz tələbələrimiz!
Nəzərinizə çatdırırıq ki, 2023/2024-cü tədris ilinin payız semestri üzrə imtahanlar bəzi fənlərdən test üsulu ilə keçiriləcəkdir. Test imtahanları elektron formada kompüterdə qəbul ediləcəkdir. Test imtahanları əsas tədris binasında əvvəlcədən ayrılmış 10 otaqda keçiriləcəkdir. Semestr ərzində keçirilmiş material əsasında 300-500 testlər hazırlanıb. Testlərin bir hissəsi isə imtahan başlamazdan əvvəl bunkerdə hazırlanacaq. İmtahan zamanı Sizə verilmiş 300-500 testlərdən 25 ədəd, bunkerdə hazırlanmış testlərdən isə 25 ədəd (cəmi 50 ədəd) qapalı formada test sualları seçilərək imtahanda Sizə təqdim ediləcək. Təqdim edilən test sualları 5 variantda cavabdan ibarətdir. Orada ancaq bir variant düzdür, yerdə qalan 4-ü isə yanlışdır. Düzgün olmayan 4 səhv cavab 1 düz cavabı siləcək. Ona görə də imtahan zamanı sualları diqqətlə oxumağınız və cavabları dəqiq təyin etməyiniz tövsiyə olunur. Test imtahanları verəcək hər bir tələbə üçün istifadəçi adı (login) və parolu yaradılıb. İstifadəçi (login) adı və parolu Sizə tyutorlar tərəfindən əvvəlcədən paylanacaq. Unutmayın ki, Sizə veriləcək istifadəçi (login) adı və parolu imtahan sessiyasının sonuna qədər istifadə edəcəksiniz. Ona görə də həmin istifadəçi adı (login) və parolu itirməməyiniz tövsiyə olunur. İstifadəçi adı (login) və parolu itdiyi halda tyutorunuza müraciət edə bilərsiniz.
Aşağıdakı sənədi yükləməklə imtahanlara dair təlimatla daha ətraflı tanış ola bilərsiz.