QIŞ İMTAHAN SESSİYASI BAŞLANDI

(Foto-reportaj) 29 dekabr tarixdən Gəncə Dövlət Universitetində qış imtahan sessiyası başlandı. İmtahanların təlimata uyğun şəkildə keçirilməsi üçün bütün sənədlər hazırlanmış, otaqlar müəyyənləşdirilmiş, nəzarətçilər təyin edilmişdir. Sessiya ciddi məsələ olduğundan, ona qarşı münasibət də olduqca ciddidir. Çünki müəllim və tələbələrin semestr ərzində fəaliyyəti bu prosesdə aşkarlanacaqdır. İmtahanların şəffaf keçirilməsi, neqativ hallara yol verilməməsi isə rəhbərliyin əsas […]

Davamı

ELMİ KONFRANS KEÇİRİLMİŞİR

Gəncə  Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tələbə və magistrantların elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan Elm və texnika üzrə prorektor dosent Pərvin Kərimzadə qeyd etdi ki,  31 dekabr Azərbaycan xalqının Ümumdünya birlik günüdür. Bu günün  qeyd edilməsi həqiqətən bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Məlumdur […]

Davamı

ELMİ ŞURAYA NÖVBƏTİ SEÇKİLƏR KEÇİRİLMİŞDİR.

Gəncə Dövlət Universitetində  Təhsil Nazirliyinin Əsasnaməsinə uyğun olaraq Elmi Şuraya növbəti fəaliyyət müddəti üçün qrafik üzrə Biologiya – kimya, Riyaziyyat – informatika,Fizika və texniki fənlər, Pedaqoji, Tarix – coğrafiya, Xarici dillər, İqtisadiyyat –idarəetmə, Filologiya fakültələrində  gizli səsvermə yolu ilə seçkilər keçirilmişdir. Bütün fakültələrdə namizədlər lazımi qədər səs toplaya bilmişlər. Yalnız Riyaziyyat – informatika fakültəsində göstərilən […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ QƏHRƏMANLA GÖRÜŞ

24 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrlə Qarabağ döyşçüsü İbad Hüseynovun görüşü keçirildi. Rektor professor Yusif Yusibov giriş sözünə müstəqilliyimiz, azadlığımız yolunda, Qarabağ döyüşlərində həlak olmuş şəhidlərimizin ruhunu  yad etməklə başladı.Bundan sonra böyük iftixar hissi ilə görüş iştirakçılarına özünün sadəliyi, təvazökarlığı ilə heyrət yaradan  İbad Hüseynovu təqdim etdi. Qeyd etdi […]

Davamı

FİLOLOGİYA FAKÜLTƏSİNDƏ İNTELEKTUAL YARIŞ

Dekabrın 24 – də Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə intelektual yarış keçirildi. Fərdi şəkildə təşkil olunan və  25 sualdan ibarət olan intelektual yarışda tələbələr həvəslə iştirak edib, öz bilik və bacarıqlarını sınaqdan keçirdilər. Ən çox düzgün cavab verən 3 nəfər tələbə müəyyənləşdirilib hədiyyə ilə mükafatlandırıldı. Gənclərin intelektual səviyyəsinin […]

Davamı

TƏLƏBƏLƏRİN NÖVBƏTİ EKSKURSİYASI

İxtisasından asılı olmayaraq hər bir tələbənin öz xalqının tarixini bilməsi vacib məsələdir. Bu, hər şeydən əvvəl onun vətəndaşlıq borcudur. Tarixi bilmək Vətənini tanımaq, onu sevmək, onunla qürurlanmaq deməkdir. Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının qarşısına qoyduğu ümdə vəzifələrin ən başlıcası da budur. Elə bu məqsədlə də təşkilatın təşkilatçılığı ilə bir qrup tələbə növbəti ekskursiyasını Tarix […]

Davamı

MƏHSƏTİ GƏNCƏVİ MUZEYİNƏ EKSKURSİYA

25 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bir qrup tələbə  Məhsəti Gəncəvinin muzeyində olmuşdur. Bu heç də təsadüfi deyildir. Əslində ədəbiyyatımızın qədim dövrünün inciləri olan və   əsrlərlə yaşamaq səlahiyyəti qazanmış rübailəri ilə məşhurlaşmış  bu şairə qadının ev muzeyini ziyarət etmək hər bir tələbənin arzusudur. Muzeydə tələbələrə  Məhsəti Gəncəvinin  həyat […]

Davamı

“MEDİA VƏ TƏHSİL DİALOQU” MÖVZUSUNDA PRAKTİK KONFRANS

22 dekabr 2014-cü il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin QNT və KİV–lə iş sektorunun təşkilatçılığı ilə “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilmişdir. Konfransa ali məktəblərin mətbuat xidməti rəhbərləri, təhsil ekspertləri, media kapitanları, media nümayəndələri dəvət olunmuşdular.”PR texnologiyalar” mövzusuna həsr ediilmiş  birinci hissə Azərbaycan Respublikasının Rpezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirildi.  Konfransı […]

Davamı

Kimsəsiz uşaqlara Yeni il hədiyyəsi

21 dekabr 2014-cü il tarixdə  Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının və Biologiya- kimya fakültəsinin birgə həyata keçirdiyi “ Biz və Onlar “ adlı xeyriyyəçiliyi özündə əks etdirən lahiyənin yekunlaşdırdı. Belə ki, müəllim və tələbələrin  iştirak etdikləri  xeyriyyə konsertindən əldə olunan vəsaitin hamısı yalnız  Uşaqlar evinini ziyarət etməyə sərf olundu. Bu vəsaitlə alınan  şirniyyat, oyuncaq, […]

Davamı