TƏLƏBƏLƏRİMİZ BEYNƏLXALQ KONFRANSDA

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universitetinin Tərcümə fakütəsi 26 dekabr 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIII Beynəlxalq tələbə elmi-praktik konfransını təşkil etmişdir. Konfransa Azərbaycan dilinin tədrisi kafedrasının müəllimi Qəmbərova Sevincin elmi rəhbərliyi ilə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə II kurs tələbələri aşağıdakı […]

Davamı

80 YAŞLI YUBİLYAR TƏBRİK EDİLDİ

10 fevral 2015-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində keçirilən fakültə həmkarlar təşkilatının hesabat-seçki iclasında ömrünü Gəncə Dövlət Universiteti ilə bağlamış Riyazi analiz kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Sadıqov Məmməd Mustafa oğlunun 80 yaşı xüsusi ilə qeyd olundu. Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova gənc nəslin yetişməsində, gələcəyin savadlı kadrlarının hazırlanmasında böyük zəhmət sərf etmiş Məmməd […]

Davamı

Həmkarlar ittifaqi komitəsinin fakültələr üzrə hesabat seçkiləri başladı

Fakültələr üzrə həmkarlar təşkilatına seçkilərdən artıq beş illik bir vaxt keçmişdir. Təlimata uyğun olaraq Gəncə Dövlət Universitetində fakültələr üzrə həmkarlar təşkilatına seçkilərə start verildi. İlk olaraq 6 fevral 2015-ci il tarixdə Xarici dillər fakültəsində həmkarlar təşkilatı sədrinin hesabat iclası keçirildi. İclasda Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Xarici dillər fakültəsinin dekanı Əjdər Ələsgərov və bütün […]

Davamı

DOKTORANT VƏ DİSSERTANTLARLA GÖRÜŞ

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 25.08.2014-cü il tarixli, 253  saylı sərəncamına  əsasən  2014-cü ildə  Gəncə Dövlət Universitetində Fəlsəfə doktoru Proqramı üzrə Doktoranturaya müsabiqə yolu ilə Analiz və funksional analiz, Diferensial tənliklər, Botanika, Təlim-tərbiyənin nəzəriyyəsi və metodikası, Ümumi pedaqogika, Pedaqogikanın və təhsilin tarixi, Ümumi tarix, Vətən tarixi, Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, Azərbaycan dili ixtisaslarına büdcə hesabına əyani […]

Davamı

TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI YENƏ DƏ ÖNDƏ

01 fevral 2015-ci il tarixdə  Gəncə şəhər İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində “Gənclər günü” münasibəti ilə təntənəli yığıncaq keçirmişdir. Yığıncaqda Gəncə Dövlət Universitetinin Tələbə Gənclər  Təşkilatının sədri Orxan Məmmədovun çıxışı da rəğbətlə qarşılanmışdır. İqtisadiyyat fakültəsinin tələbəsi Orxan Məmmədov Gəncə Dövlət Universitetinin Tələbə Gənclər  Təşkilatının sədri seçiləndən sonra həqiqətən bu təşkilatın özündə, fəaliyyətində, tələbə gənclərin təşkilat […]

Davamı

MAGİSTRLİK DİSSERTASİYASININ MÜDAFİƏSİ

Artıq gənclərimiz arasında magistr dərəcəsi almaq şərəfli bir məqsədə çevrilmişdir. Bunu əyani surətdə Gəncə Dövlət Universitetinin magistraturasının timsalında açıq-aşkar görmək olar. 2014-2015-ci tədris ilində 72 nəfər magistr dərəcəsi almaq üçün təhsillərini başa vurmuşdur. Onladan 65 nəfəri magistrlik dissertasiyasını İxtisaslaşdırılmış Elmi Şuraya təqdim etmişdir. 28 yanvar 2015-ci il tarixində Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatının tədrisi […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Gəncə Dövlət Universitetində 30 yanvar 2015-ci il tarixdə “Gənclər günü” münasibəti ilə  rektor professor Yusif Yusibovla tələbələrin görüşü keçirildi. Professor Yusif Yusibov tələbələri salamlayaraq  “Gənclər günü” münasibəti ilə onları təbrik etdi, təhsillərində uğurlar arzulayaraq,həmişə onlara dəstək olacağını bildirdi. Rektor qeyd etdi ki, 2 fevral “Gənclər günü” Ulu öndər Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının […]

Davamı

QİYABİ ŞÖBƏDƏ İMTAHAN

Universitetin qiyabi şöbəsində təhsil alan tələbələr üçün də eyni səviyyədə imtahan şəraiti yaradılmışdır. Burada da imtahanlar həm yazılı, həm də kompyuterdə test vasitəsilə aparılır. Tələbələrə təlimata uyğun olaraq bütün şəraitin yaradılması, dərslərdə olduğu kimi imtahanlarda da intizamlı surətdə iştirakı təmin olunmuşdur. Suallara cavab verən tələbələr aldıqları biliyin nəticəsinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın reallığı ilə rastlaşırlar. […]

Davamı

YUBİLEY  TƏDBİRİ

Pedaqoji fakültənin Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi, idman ustası Hacıyev Çingiz Vilayəddin oğlu uzun müddətdir ki, Universitetdə pedaqoq kimi fəaliyyət göstərir. Tələbələrin idmana bələd olmalarında, yaxşı mütəxəssislər kimi yetişmələrində onun böyük zəhməti var. Elə buna görə də tələbə və müəllim kollektivi arasında xüsusi rəğbətə malikdir. 30 yanvar 2015-ci il tarixdə fakültə və kafedranın […]

Davamı

ELMİ ŞURA KEÇİRİLDİ

Gəncə Dövlət Universitetində 29 yanvar 2015-ci il tarixdə Elmi Şuranın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş yeni tərkibdə iclası keçirildi. İclası sədr professor Yusif Yusibov açaraq Elmi Şuranın yeni tərkibini təbrik edtməklə onlara can sağlığı və Universitetinin daha da inkişaf etdirilməsi sahəsində uğurlar arzuladı. Elmi Şuranın ilk iclası Universitetin həyatında əlamətdar oldu.İclasda üç əməkdaşa […]

Davamı