‘Aktivlik dilemması’ adlı seminar təşkil olunub.

10748706-1481688545446271-699390090-N

Seminar Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və “Allmag” fərdi inkişaf jurnalının dəstəyi ilə baş tutub.

Seminarın əsas məqsədi gənclərə aktiv vətəndaşlıq, ümumilikdə aktivlik anlamı və cəmiyyətdə gənclərin rolu barədə dolğun məlumatlar vermək, tələbələrə indi və gələcəkdə nüfuz sahibi olduqları zaman uğurları necə əldə etmənin yolları haqqında fikirlərin aşılanmasıdır.

Gənclərin böyük marağına səbəb olan seminar-təlimi “Allmag” fərdi inkişaf jurnalının layihə rəhbəri Toğrul Ələkbər keçib.