Alman dili kafedrasının əməkdaşları Azərbaycanda Alman dili müəllimlərinin ikigünlük elmi seminarında iştirak ediblər

Gəncə Dövlət Univeristetinin Alman dili kafedrasının əməkdaşları Şəmkir şəhərində Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin, DAAD- ın (Alman Akademik Mübadilə Xidməti) və Höte İnstitutunun birgə təşkil etdiyi Azərbaycanda bütün Alman dili müəllimlərinin ikigünlük elmi seminarında iştirak ediblər.

Seminarda “ Azərbaycanda Alman izləri”, “Müasir təlimin metodları” adlı mövzularla bağlı elmi müzakirələr təşkil edilib.

Seminarda iştirak edən Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, baş müəllimlər – Vüsalə Kərimova və Gözəl Qasımova iştirak ediblər.

Seminarda Gəncə Dövlət Universiteti ilə DAAD (Alman Akademik Mübadilə Xidməti) arasında sıx əlaqələrin və əməkdaşlığın mövcudluğu iştirakçıların diqqətinə çatdırılıb.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.