ALMAN DİLİNDƏ TAMAŞA GÖSTƏRİLDİ

Gəncə Dövlət Universitetinin Alman dili kafedrasının Almaniya ali məktıəbləri ilə əlaqəsi get-gedə daha da möhkəmlənir. Kafedranın Almaniya səfirliyi ilə birgə müəyyən tədbirlərin həyata keçməsində xüsusi xidməti var. 08 aprel 2015-ci il tarixdə alman dili müəllimliyi ixtisasının tələbələri ilə birlikdə Universitetin II korpusunun iclas zalında keçirilən tədbir də sevindirici bir nümunədir.
Tədbirin əsas təşkilatçısı olan Tiflisdə yerləsən Höte Universitetinin eksperti, Gürcüstanda və Azərbaycanda  keçirilən dərslər üçün mütəxəssis qismində fəaliyyət göstərən  Stefan Yohann  Şatz tez-tez Azərbaycanın Universitetlərində, o cümlədən Gəncə Dövlət Universitetində alman dilinin tədrisi ilə bağlı Universitetin alman dili müəllimləri və tələbələrilə görüşür, onlara məsləhətlər verir, tədbirlərin həyata keçirilməsində fəalliq göstərir.
Bu dəfə Almaniya səfirliyinin dəstəyilə məşhur “Rosi və mətbəx monstrı” adlı kukla teatrının    aktyorları Olaf və Hannes Möller  Hanoverdən   Universitetimizin qonağı olmuşdur. Onlar tamaşa göstərməzdən əvəl şəhərimizin gözəlliyindən, insanların mehribanlığından ürəkdolusu danışmış, səmimi qarşılandıqları üçün Universitet rəhbərliyinə, kafedraının əməkdaşlarına, kafedra müdiri baş müəllim Vüsalə Kərimovaya öz minnətdarlıqlarını bildirdilər. Bundan sonra Alman dili kafedrasının fəaliyyəti haqqında slayd şəklində təqdimat keçirilmişdir
Alman dilində göstərilən  tamaşa tələbə və müəllimlərə olduqca xoş təəssürat bağışladı.