ANIM GÜNÜNƏ HƏSR EDİLDİ

09 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında Ümummilli lider  Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbiri Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra giriş sözü ilə Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fəfəliyeva açaraq ilk öncə Ulu öndərin onun bütün fəaliyyətinin məqsədi ilə həmahəng səslənən bir ifadəsini diqqətə çatdırdı:” Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr edilmişdir. Mənim başqa məqsədim, amalım yoxdur.Bunu isə mən xalqla birlikdə edə bilərəm.”

Ümumi tarix kafedrasından dosent əvəzi Etibar Musayevin “Heydər Əliyev və Əsrin müqaviləsi”, dosent Hüseyn Bəxtiyarovun ”Heydər Əliyev tariximizi yaradan şəxsiyyətdir”, Pedaqoji fakültənin II kurs tələbəsi Günay Məmmədovanın “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Tarix-coğrafiya fakültəsinin II kurs tələbəsi Aysel Cəfərovanın “Heydər Əliyev və Müstəqil Azərbaycan dövlətçiliyi” adlı məruzələrində, professor Mübariz Yusifovun, dosent Urfan Həsənovun və başqalarının çıxışlarında Heydər Əliyev dühası hərtərəfli əls olundu.