AURA PARKDA ƏYLƏNCƏLİ GÖRÜŞ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Tələbə Həmkarlar İttifaqının dəstəyi ilə universitetin müxtəlif fakültələrində təhsil alan bir qrup tələbənin  Gəncə şəhərində yerləşən Uşaq evinin sakinləri ilə növbəti görüşü keçirilmişdir. Bu görüş digərlərindən fərqli şəkildə, uşaq evinin özündə deyil, şəhərimizdə fəaliyyət göstərən istirahət və ticarət mərkəzi olan AURA Parkın atraksionlarla zəngin olan 5-ci mərtəbəsində təşkil olunmuşdur.

Valideyn himayəsindən məhrum olan uşaqlar atraksionlardan istifadə edərək vaxtlarını olduqca şən keçirmiş, hətta  tələbələrlə birgə rəqslər edərək əylənmişlər.

Nahar vaxtı tələbələr uşaqlara tort qonaqlığı vermişlər.

Uşaq evinin sakinləri tələbələrlə keçirdikləri unudulmaz xatirəyə çevriləcək bu gözəl günə və Tələbə Gənclər Təşkilatının təşəbbüsünü dəstəklədiyinə görə universitetin rektoru professor Yusif Yusibova, Gəncə Uşaq Evinin rəhbəri Nazilə xanıma və bütün imkanları tələbələrdən və kiçik uşaqlardan əsirgəməyən  Aura Parkın rəhbərliyinə sevinc dolu təşəkkürlərini bildirmişlər.