AZAD HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ MÜKAFATLANDIRDI

IMG-20170411-WA0005

         Bu günlərdə Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda ömrünü Gəncə Dövlət Universiteti ilə bağlamış Təsviri incəsənət kafedrasının dosenti Akif  Hüseynovun 70 yaşı, Ümumi tarix kafedrasının dosenti Elza Paşayevanın  60 yaşı, Sosial fənlər kafedrasının baş laborantı Mərziyyə Məmmədovanın 75yaşı xüsusi ilə qeyd olundu. İclas iştirakçıları tərəfindən yubilyarların  uzun müddətli pedaqoji-elmi fəaliyyətləri qeyd edilməklə yanaşı, onlara möhkəm can sağlığı, daha böyük uğurlar arzulanaraq təbrik edildilər.

Komitənin sədri Afaq Qasımova hər üç yubilyarla yanaşı Rus dili kafedrasının müdiri dosent Kəmalə Əhmədovanın, kafedranın dosentləri Elmira Heydərovanın və Kübra Ələkbərovanın2016-2017-ci dərs ili ərzində birgə fəaliyyətləri nəticəsində 3 dərs vəsaiti çap etdirdikləri üçün hər birinə pul mükafatları təqdim etdi.