AZAD HƏMKARLAR İTTIFAQI KOMİTƏSİ MÜKAFATLANDIRDI

         Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti yubiley tədbiri keçirilmişdir. Tədbirdə Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Filologiya fakültəsinin dekanı professor Mübariz Yusibov, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, kafedranın əməkdaşları və komitə üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycan dili kafedrasının baş müəllimi Maysarat Veysəlovanı 70 illik yubileyi münasibəti ilə təbrik edərək ona uzun ömür, can sağlığı,  elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulamışlar.

Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova komitə adından  yubilyara pul mükafatı təqdim etmişdir.