Bakıda “Açıq innovasiyalar üzrə  Startap Turu-2017” keçirilir

startup tour17

Tədbir çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiyanın “Skolkovo” Fondu ilk dəfə Azərbaycanın ən yaxşı startaplarını  müəyyən  edəcəklər.

Layihənin təsisçisi Valeriya Şaxova bildiribki, bu cür tədbirlər işin gələcək inkişafı və təkmilləşdirilməsi üçün ilham verir: “Hazırda klinik tədqiqatlar aparırıq və “Skolkovo” Fondunun rezidenti statusunun alınmasına səylə çalışırıq”.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsini icra edən Kənan Bayramov isə “Skolkovo” Fondu ilə keçirilən “Açıq İnnovasiyalar üzrə StartapTuru”nun Rusiyadan olan həmkarları ilə ilk tədbir olduğunu deyib: “Bu, tədbirin miqyasını, keyfiyyətini və qarşıya qoyulan böyük məqsədi göstərir”.

Qeyd edək ki, bu tədbir çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübə haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar inkişafı üçün treninqlər və yerli startaplar üçün müsabiqə keçiriləcək.

Müsabiqədə iştirak edəcək layihələr üçün  biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas hesab edilir.

Gəncə  Dövlət  Univeritetinin əməkdaşları İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, İKT şöbə müdiri Asif Həsənov və İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev tədbirdə iştirak edirlər.