“BOWLINGSTAR” PARTİSİ

16 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin YAP Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Gold imperial”da bütün fakültələrdən 30 nəfərədək tələbənin iştirak etdiyi “Bowling Star”  yarışı keçirilmişdir.

YAP Gənclər Birliyinin sədri Elmir Bağırov keçirilən tədbirin məqsədindən və Universitet rəhbərliyinin göstərdiyi qayğıdan bəhs edib yarışa qoşulanlara uğurlar arzuladı.

Yarışda Xarici dillər fakültəsinin  tələbələrindən  Aytac Hacıyeva I, Tural Cəfərov II, Tarix-Coğrafiya fakültəsinin tələbəsi Orxan Cəfərov isə III yerin qalibi oldular.

Bundan sonra tədbirin Parti hissəsi başladı. Tələbələr rəqslərlə şənlənib viktorinada iştirak edərək həmin günü olduqca mənalı keçirdilər.