BAYRAQ GÜNÜNƏ HƏSR EDİLMİŞDİR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə incəsənət sahəsində istedadlı tələbələrin aşkar edilməsi məqsədilə də tədbirlər həyata keçirilir, konsertlər təşkil olunur. Növbəti tədbir 9 Noyabr Bayraq gününə həsr edilmişdir. Bu dəfə konsertin nümayiş etdirilməsi üçün  Aura park ticarət və əyləncə mərkəzi seçilmişdir.

İlk öncə Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbələri salamlayaraq, onları xalqımızın əziz bayramlarından birinə çevrilmiş  Bayraq günü münasibətilə təbrik etdi.

Konsert proqramı Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Danulduz Həsənovanın  ifa etdiyi  mahnı ilə başladı. Pedaqoji fakültənin I kurs tələbələri Məhəmmədəli Məmmədovun və Murad Qənbərlinin qarmonda və nağarada birgə ifaları,  Universitetin KVN komandasının maraqlı səhnəcikləri maraqla qarşılandı.

Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Vasif Paşayevin, Filologiya fakültəsinin III kurs tələbəsi Çinarə Ələkbərovanın,  İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Qurban Seyidlinin,  Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Elgündə Əhmədovun ifa etdikləri mahnı, şeir və rəqs nömrələri xüsusilə bəyənildi.

Konsert proqramında  qabiliyyətlərini nümayiş etdirmək üçün Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrindən  Ülvi Süleymanov, Nəzrin Allahverdiyeva da öz xahişləri ilə dəvət olunmuşdular. Bu da hər iki Universitet tələbələrinin bir-biri ilə ünsiyyət qurmalarına, birgə tədbirlər keçirmələrinə ilk addım kimi qiymətləndirildi.

Sonda tələbələr üçün  yaradılan şəraitə görə universitet  və Aura park rəhbrəliyinə minnətdarlıq bildirildi. Tədbir isə böyük ruh yüksəkliyi ilə yekunlaşdı.